Məhkəmə qərarları › İş №3(014)-214/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-214/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-214/2021 07.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenatı X1 iştirakı ilə, xx.xx.1959-cu ildə Ağdaş rayonu Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, işləməyən, Ağdaş şəhər Zeynəddin küçəsi 14-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 07 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs haqqında İXM-nin 510-cu maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, 07.05.2021-ci il tarixdə Şəxs DİN-in 102 xidmətinə zəng vuraraq onlara qarşı nalayiq ifadələr işlətmiş, həmçinin yaşadığı evin qarşısında küçədə yüksək səslə söyüş söyərək ictimai qaydanı kobudcasına pozmuşdur. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 izah etdi ki, barəsində inzibat iş üzrə icraat aparılan şəxs 07.05.2021-ci il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq onlara qarşı nalayiq ifadələr işlətmiş, həmçinin yaşadığı evin qarşısında küçədə yüksək səslə söyüş söyərək ictimai qaydanı kobudcasına pozmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əməli etiraf edərək izahatında, Ağdaş şəhəri, Zeynəddin küçəsi 14-də ailəsi ilə birgə yaşadığını, oğlu ilə aralarında mübahisə baş verdiyini, bundan əsəbləşərək yaşadığı evin qarşısında küçədə yüksək səslə söyüş söyərək ictimai qaydanı kobudcasına pozmuşdur, əməlindən səmimi olaraq peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 50 (əlli) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar