Məhkəmə qərarları › İş №3(014)-215/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-215/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-215/2021 17.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2000-ci ildə Şamaxı rayonunun Dağ- Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 17.05.2021-ci il tarixdə saat 14:00 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində avtomobillə sürət yarışı həyata keçirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon YPX-i tərəfindən 17.05.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, 17.05.2021-ci il tarixdə, saat 14:00 radələrində Ağdaş şəhərində H.Əliyev prospektində işıqforda “VAZ 2107” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağında dayanmışdır. Həmin avtomobilin sürücüsü idarə etdiyi “VAZ 21070” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobildən sürət yarışı keçirmək üçün işarə etmişdir. Sonra avtomobilləri yüksək sürətlə yerindən hərəkət etdirərək, şinlərdən tük ürpədici səslər çıxardaraq, ictimai qaydanı və əhalinin dincliyini pozmuşdur. Cəmiyyətə açıq hörmətsizlik edərək, yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşdur. Ağdaş rayon YPX-nin xidməti avtomobilinin sürücüsü saxlama işarəsi verməyinə baxmayaraq, onlar saxlama işarəsinə qəsdən tabe olmamışlar. Təxminən beş dəqiqə sonra onu və digər avtomobilin sürücüsünü başqa ərazidə saxladaraq, Ağdaş rayon Poliş şöbəsinə dəvət etmişlər. Orada onların hər ikisinin avtoxuliqanlıq hərəkətlərinə yol verdiklərini bildirdilər. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon YPXnın baş inspektoru polis leytenantı X3 izahatında bildirdi ki, 17.05.2021-ci il tarixdə saat 14:00 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində sürücü Şəxs idarə etdiyi “VAZ 21070” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələkbərov Elmirin idarə etdiyi “VAZ 2107” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə sürət yarışı həyata keçirmişlər. İctimai qaydanı və əhalinin dincliyini pozmuşlar. Cəmiyyətə açıq hörmətsizlik edərək, yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşlar. Saxlama işarəsi verilməsinə baxmayaraq, onlar saxlama işarəsinə qəsdən tabe olmamışlar. Sonra Şəxs başqa ərazidə saxladılaraq, Ağdaş rayon Poliş şöbəsinə dəvət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 17.05.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, işin materiallarına əlavə edilmiş disk və özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş xüsusi hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbehin verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar