Məhkəmə qərarları › İş №3(014)-215/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-215/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-215/2023 04.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Ağdaş rayonunun Cüvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Ağdaş rayonunun Cüvə kəndində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 27 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aralarında əvvəllər heç bir mübahisə və dava-dalaş baş verməmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı Ağdaş rayonunun Cüvə kəndi ərazisində olan zaman qarşıdan Mürvətlə oğlunun gəlməsini görmüşdür. Başını aşağı salaraq telefonunda musiqi qoymuş və yoluna davam etmişdir. Mürvət və oğlu onun yanından gəlib keçən zaman Mürvət nalayiq ifadələr işlətmişdir. Mürvətə nə üçün onun yanından keçən zaman nalayiq ifadə işlətməsini söyləmişdir. Mürvət ona qarşı nalayiq ifadə işlətməməsini bildirmişdir. Özü isə Mürvətə ona qarşı nalayiq ifadə işlədənin nalayiq ifadənin özünə qayıtmasını bildirmişdir. Mürvət də onun dediyi sözü təkrarlamış, daha sonra sözlə mübahisə etmişlər. Bundan sonra isə oğlu araya girərək onları sakitləşdirmiş və çıxıb getmişdir. Onunla Mürvət arasında baş vermiş mübahisə xx.xx.2023-cü il tarixdə, təxminən saat 21 radələrində, yaşadıqları Ağdaş rayonunun Cüvə kəndində baş vermişdir. Mübahisə 3-5 dəqiqə davam etmişdir. Onunla mübahisə zamanı yanlarında Mürvətin oğlu olmuşdur. Səslərinə kənardan heç kim gəlməmişdir. Baş vermiş mübahisə zamanı Mürvət onu vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Mübahisə zamanı Mürvəti vurmamışdır, ona heç bir xəsarət yetirməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun həmkəndlisidir. Aralarında əvvəllər heç bir mübahisə və dava-dalaş baş verməmişdir. Həyətinə qardaşının həyətinin qapısının qarşısından su arxı gəlir. Həmin arxın suyunun şişməsi üçun qarşısına kiçik şifir parçası qoymuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində qapının qarşısına çıxmışdır. Çölə çıxan zaman su arxının qarşısına qoyduğu şifir parçasının kənarda yolun ortasında olduğu görmüşdür. Sonra “bu şifiri yulun ortasına atan şəxsin əlləri qırılsın” deyə bildirmişdir. Bu zaman yolun qarşı tərəfində dayanan həmkəndlisi Hacıbayram onun bu sözlərini eşidərək onun yanına gəlmiş və ona “sən mənim arxamca nalayiq ifadələr işlədirsən” deyə bildirmişdir. Özü isə ona yox, bu şifiri kənara atan şəxsə söylədiyini demişdir. Lakin Hacıbayram onun sözünə inanmamış, buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Hacıbayram ona qarşı nalayiq ifadələr işlədərək, onun baş nahiyyəsındən, sifət nahiyyəsindən, diz nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Sonra çıxıb getmişdir. Özü də bundan sonra Azərbaycan Respublikası DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə müraciət etmişdir. Onunla Hacıbayram arasında mübahisə xx.xx.2023-cü il tarixdə, təxminən saat 21 radələrində, yaşadıqları Ağdaş rayonu Cüvə kəndində yerləşən evinin qarşısında baş vermişdir. Mübahisə 5-3 dəqiqə davam etmiş, mübahisə zamanı yanlarında oğlu olmuşdur. Səslərinə kənardan heç kim gəlməmişdir. Mübahisə zaman Hacıbayram yumuruqla onun baş, sifət nahiyyəsindən bir neçə dəfə və təpiklədə diz nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Mübahisə zamanı Hacıbayramı vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Ağdaş rayonunun Cüvə kəndində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar