Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-216/2021 18.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi, X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə xx.xx.1999-cu ildə Ağdaş rayonu, Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu Ağcayazı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə Ağdaş PŞdən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 17 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində 17.05.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir ona görə ki, sürücü Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman aşkar sürətdə VAZ 2107 markalı **-NS-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü ilə sürət yarışı həyata keçirmişdir. İnzibati xəta törətmiş Şəxs göstərmişdir ki, 17.01.2021-ci il tarixdə idarə etdiyi VAZ-2107 markalı **-RV-*** dövlət nömrə nişanlı avtomaşınla Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən işıqfordan yolun sağ hərəkət istiqamətindən tanımadığı avtomobil onu qanunsuz şəkildə ötmə əməliyyatı etmək istiyərkən yolun tənzimlənən sürət həddini aşmamaqla yəni saatda 50/60 km sürətlə hərəkətinə davam etdiyini, “Premium” market adlanan yerdən keçən zaman yol patrol xidmətinin əmakdaşları tərəfindən onlara dayanma işarəsinin verildiyini, lakin o, onunla bərabər yolun sağ istiqamətində hərəkətdə olan avtomobili dayandırmaq istədiklərini hesab edərək öz hərəkətinə davam etdiyini, törətdiyi əməldə heç bir qanun pozuntusunun olmadığını hesab etdiyini, həmin vaxt heç bir qayda pozuntusuna yol verməmiş, avtoxuliqanlıq etmədiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə- aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta hadisəsi hesab edilə və bu əməl ictimai qaydanın pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 15-ci maddəsinə əsasən hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir. Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə tərtib edilmiş 17 may 2021ci il tarixli inzibati xəta protokolu üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə tərtib edilmiş 17 may 2021-ci il tarixli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-216/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-216/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver