Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-220/2021 18.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, şikayət vermiş şəxs S.Mahmudovun, qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X17 Təsərrüfatı Mərkəzinin nümayəndəsi F.Rüstəmovun iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X17 Təsərrüfatı Mərkəzinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 01 sentyabr 2020-ci il tarixli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X17 təsəriiffatı mərkəzinin barəsində tərtib etdiyi MN N ******* saylı 01 sentyabr 2020-ci il tarixli Qərarı işdə inzibati xəta hadisəsi olmadığından ləğv edilməsi və inzibati xəta haqqında icraatın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, X17 Təsərrüfatı mərkəzinin barəsində tərtib etdiyi MN N ******* saylı 01 sentyabr 2020-ci il tarixli Qərarı almadığından bu barədə heç bir məlumatı olmadan Bərdə şəhərinə gedərək bir neçə gün bundan əvvəl bu qərarı oradan alımışdır. Qərar tam ədalətsiz olmaqla bərabər onlardan xəbərsiz olaraq tərtib edilmiş, etmədiyi bir əmələ görə İnzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərara əsasən guya onlara aid olan mal-qara meşə massivinə daxil olub ağaclar bu baxımdan zədələnmişdir. Bütün bunlara görə o, AR İXM-nın 257 ci maddəsi ilə təqsirli bilinərək 400 manat inzibati cərimə olunmuşdur. Bu qədər ədalətsizlik olmaz. Onun bir neçə adda mal-qarası var,lakin onlar evindən belə çölə çıxmır. Meşə sahəsində onun heyvanlarının otlaması, ağacların yarpaqlarının yeməsi qərəzli bir fərziyədir. Bildirir ki, o, əsassız olaraq bu orqanın qərəzli iddiasının təsiri altındadır. Hal-hazırda da bildirir ki, müəsissə tam yanlış olaraq onun barəsində ona bildirmədən akt tərtib etmişdir. O, bütün bunları rədd edir. Tərtib olunan protokol qərəzli olmaqla onun barəsində-əsassız olaraq tərtib edilmişdir. Müəsissə yalan informasiyası ilə əsassız olaraq üzərinə 400 manat cərimə yazmışdır. Protokolda kimlərinsə mal-qarasınının fotoşəkilləri çəkilmişdir. Əsassız olaraq onun mal-qarası kimi qeyd edilmişdir. Müəsissə güya hansısa inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. Müəssisə inzibati xəta haqqında protokolun tərtib edildiyini bildirdi və barələrində inzibati tənbeh vermə haqqında qərarı qəbul edilməklə cərimə edildiklərini qeyd etdilər. Bütün bunlardan onların xəbəri yoxdur. Müəssisə özü qərar qəbul edib, qərarı onlardan gizlətmişdir. Kimlərinsə mal-qarasının meşə sahəsinə girməsini onların üstünə atmaqla yalış qərarın qəbul edilməsini qəbul edə bilmər. İri buynuzlu heyvanları var. Lakin o, heç vaxt heyvanlarını meşəyə otlamaq üçün aparmamışdır. O, avqust 2020-ci il tarixində heyvanlarını meşəyə otarmağa aparmamışdır. Hər hansı bir şəxsin heyvanlarının meşəyə vurduğu ziyanlığı mənə ödətdirməyə qərəzli olaraq çalışırlar. O, tərtib edilmiş aktı görməmiş və akta imza etməkdən belə imtina etməmişdir. Çünki, akt barəsində xəbəri olmamışdır. Bir daha qeyd edir ki, onun malqarası meşənin əkin sahəsinə daxil olmamış və meşəyə hər hansı bir ziyanlıq vurmamışdır. Tərtib olunan inzibati tənbeh vermə haqqında qərardan belə xəbəri yoxdur. Onu da gizlədib ona xəbər verməyiblər. İddiaçı orqan onunla qərəzlilik aparır. Qərarla ilə razı deyil, qərar reallığı əks etdirmir. Bu səbəbdən də qərarın ləğv edilməsində qəti israrlıdır. Şikayət vermiş şəxs X5 məhkəmə iclasında şikayət ərizəsində yazılanlara uyğun izahat verərək qeyd etdi ki, barəsində inzibati qərar qəbul edilərkən onu çağırmamışlar, onun qərardan xəbəri olmamışdır. Mal qara ona məxsus deyil. Barəsində inzibati tənbeh vermə haqqında qərardan gec xəbər tutduğu üçün məhkəməyə də gec müraciət etmişdir. Hesab edir ki, şikayəti əsaslıdır. Odur ki,şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X17 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Fuad Rüstəmov məhkəmə iclasında şikayətdə yazılanları qəbul etməyərək bildirdi ki, X3 dəfələrlə ona edilən şifahi xəbərdarlıqlara baxmayaraq özünə məxsus 34 baş iri buynuzlu heyvanlarını meşə sahəsinə gətirərək 2017-ci ilin payız mövsümündə salınmış 15 ha aqrobağ mədəni meşə əkinlərinin 4.0 ha əkininin və təbii bərpasını otarmaqla məhv etmişdir. Əraziyə baxış keçirərkən qeyd olunan faktlar üzrə Mərkəzin işciləri tərəfindən bu barədə 10.08.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. X7 çağırılmış bu barədə xəbərdar edilmiş,lakin o,akta imza etməkdən imtina edərək özünə məxsus mal-qaranı götürərək çıxıb getmişdir. X9 qərardan şikayət verməkdə əsas məqsədi məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır.Odur ki,şikayətin təmin edilməməsini xahiş etdi. Tərəfləri və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə şahid X8 məhkəmə iclasında bildirdi ki, o, Ağdaş Meşəbəylikləri üzrə baş mütəxəssis işləyir. X5 10 avqust 2020-ci il tarixdə özünə məxsus 34 baş iri buynuzlu heyvanlarını meşə sahəsinə gətirərək 2017-ci ilin payız mövsümündə salınmış 15 ha aqrobağ mədəni meşə əkinlərinin 4.0 ha əkininin və təbii bərpasını otarmaqla məhv etmişdir. Əraziyə baxış keçirərkən X5 çağırılmış qeyd olunan faktlar üzrə Mərkəzin işciləri tərəfindən bu barədə 10.08.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. X15 akta imza etməkdən imtina edərək mal-qarasını da götürüb ərazidən uzaqlaşmışdır. İş üzrə şahidlər X10 və X6 məhkəmə iclasında şahid X4 izahatına uyğun izahat verdilər. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən 10 avqust 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 özünün 34 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək meşə əkinlərinin və təbii bərpasını otarmaqla İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən inzibati tənbeh vermə haqqında MN ******* saylı 01 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, X2 özünün 34 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək meşə əkinlərinin və təbii bərpasını otararaq İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 400 manat inzibati cərimə cəzası verilmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X17 Təsərrüfatı Mərkəzinin 10 avqust 2020-ci il tarixli Aktından məlum olur ki, Müəssisənin əməkdaşları Qarxun meşəbəyliyinin 1 saylı meşə dolayısına baxış keçirərkən Ağdaş rayonu Ərəbşəki kənd sakini X2 özünün 34 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2017-ci ilin payız mövsumundə salınmış 15 hektar aqrobağın 4 hektar ərazisində otarmaqla həmin ərazini məhv etdiyini aşkar etmişlər. X1 məxsus heyvanların fotoşəkillərini çəkmiş, bu barədə akt tərtib etmişlər, lakin X5 bu aktı imza etməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən 10 avqust 2020-ci il tarixli imtina aktından görünür ki, X5 barəsində tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İXM-nin 257-ci maddəsinin tələbinə görə Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə -fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, inzibati xəta haqqında icraat X2 iştirakı ilə aparılaraq barəsində akt tərtib edilsə də, Sərvan Mahmudov akta imza etməkdən imtina etmişdir. Sərvan Mahmudov meşədə öz malqarasını otarmadığını,meşəyə onun heyvanları tərəfindən hər hansı məbləğdə ziyan vurulmadığını, inzibati xəta haqqında icraatdan bixəbər olmasını bildirsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər isə Sərvan Mahmudovun barəsində olan inzibati xəta haqqında icraatdan xəbərdar olduğunu və akta imza etməkdən boyun qaçıraraq, mal-qarasını da götürərək ərazidən uzaqlaşdığını bildirmişlər. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Ona görə də toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, X2 barəsində X17 təsərrüfatı mərkəzinin tərtib etdiyi MN N ******* saylı 01 sentyabr 2020-ci il tarixli Qərarı tam qanuni və əsaslıdır, qərarın ləğv edilməsinə heç bir əsas yoxdur. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli, inzibati tənbeh vermə haqqında qərar dəişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. X2 barəsində X17 təsərrüfatı mərkəzinin tərtib etdiyi MN ******* saylı 01 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-220/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-220/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver