Məhkəmə qərarları › İş №3(014)-220/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-220/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-220/2024 10.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş rayon Polis şöbəsinin X3 sahə rəisi, polis leytenantı X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ağdaş rayonu Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “X13 Sanayi və Ticarət Anonom” şirkətində, fəhlə işləyən, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 10 may 2024-cü il tarixdə gecə saat 00:10 radələrində Ağdaş şəhər H.Əliyev prospektində yerləşən Azpetrol YDM – nin ərazisində küçədə ucadan qışqıraraq səs-küy salıb ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, eyni zamanda polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X3 sahə rəisi, polis leytenantı X8 bildirdi ki, Şəxs 10 may 2024-cü il tarixdə saat 00:10 radələrində Ağdaş şəhər H.Əliyev prospektində yerləşən Azpetrol YDM – nin ərazisində küçədə ucadan qışqıraraq səs-küy salıb ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, eyni zamanda polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs, Şəxs izahat verərək göstərdi ki, 10 may 2024-cü il tarixdə o, dostları restoranda oturub yeyib-içdikdən sonra saat 01 radələrində içkili vəziyyətdə avtomobilini sürüb yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Ondan qabaq da dayanan PPX – nin avtomobilinin yanından keçmək istədikdə həmin avtomobilin yan hissəsini sürtmüşdür. O, avtomobilindən düşüb polis əməkdaşlarının avtomobilinə baxmış və üzrxahlıq etmişdir. Səs-küy salmış, amma nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şəxs bildirdi ki, ətrafda polis əməkdaşları və yanacaq doldurma məntəqəsinin işçiləri olmuşdur. Sərxoş vəziyyətdə maşına oturduğu üçün peşmandır. Polis əməkdaşlarının xidməti avtomobili onun avtomobilindən qabaqda dayanmış, onların avtomobilinin yanından keçməyə yer olduğunu zənn edib, yanacaqdoldurma məntəqəsində ötmə hərəkəti edərkən, yanacaqdoldurma məntəqəsinin bardürünü sındırmış və polisin xidməti avtomobilini zədələmişdir. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 10 may 2024-cü il tarixdə saat 00:05 radələrində PPXB-nin polis nəfəri, polis serjantı Şamil Ələkbərov ilə Ağdaş rayonu İcra Hakimiyyətinin yanında yerləşən Azpetrol yanacaq doldurma məntəqəsində sürücü olduğu Doblo markalı 99AP774 dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurarkən Mitsubişi markalı 77YL865 dövlət qeydiyyat nişanlı avtomobil sərt şəkildə Doblonun qarşısına keçdi və Dobloya yüngülcə sürtündü. Onlar həmin şəxsə yaxınlaşaraq ehtiyatlı olmasını bildirdikdə həmin şəxs “siz kimsiz ki, serjantsınız mənə heçnə edə bilməzsiniz” deyərək, ictimai yerdə ucadan səs-küy salmağa, nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsdən kəskin spirtli içki iyi gəldiyi üçün həmin yerə DYP əməkdaşlarını dəvət etmişlər. Həmin sürücünü dəfələrlə nizam-intizama dəvət etsələr də öz qanunsuz hərəkətlərinə davam etmişdir. Sürücü onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Onlar həmin şəxsi Ağdaş RPŞ–nə dəvət etmişlər, Ağdaş RPŞ-də məlum oldu ki, həmin şəxs Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Şəxsdur. Həkim müayinəsi zamanı həmin şəxs barəsində sərxoşluq aktı tərtib olundu. Məhkəmə iclasında sualları cavablandıran Fəqan Abdurahmanov bildirdi ki, Şəxs polisin avtomobilinə qəsdən ziyan vurmuşdur, çünki Kamran Mitsubişi markalı avtomobilinin onların xidməti avtomobilinin yanından keçməyəcəyini bilə-bilə, yanacaqdoldurma məntəqəsində bardürün üzərinə çıxıb, bardürü aşırıb, onların xidməti avtomobilini sürtmüşdür. X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 10 may 2024-cü il tarixdə saat 00:05 radələrində PPXB-nin polis nəfəri, polis serjantı Fəqan Abdurahmanovla birlikdə Ağdaş rayonu İcra Hakimiyyətinin yanında yerləşən Azpetrol yanacaq doldurma məntəqəsində Doblo markalı 99AP774 dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurarkən Mitsubişi markalı 77YL865 dövlət qeydiyyat nişanlı avtomobil sərt şəkildə Doblonun qarşısına keçdi və Dobloya yüngülcə sürtündü. Onlar həmin şəxsə yaxınlaşaraq ehtiyatlı olmasını bildirdikdə həmin şəxs ictimai yerdə ucadan səs-küy salmağa, nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsdən kəskin spirtli içki iyi gəldiyi üçün həmin yerə DYP əməkdaşlarını dəvət etmişlər. Həmin sürücünü dəfələrlə nizam-intizama dəvət etsələr də öz qanunsuz hərəkətlərinə davam etmişdir. Sürücü onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Onlar həmin şəxsi Ağdaş RPŞ–nə dəvət etmişlər, Ağdaş RPŞ-də məlum oldu ki, həmin şəxs Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Şəxsdur. Həkim müayinəsi zamanı həmin şəxs barəsində sərxoşluq aktı tərtib olundu. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılarkən məlum oldu ki, Şəxs barəsində 22 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmuhalında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, X9 törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X9 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 10 may 2024-cü il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 10 may 2024-cü il tarixdən saat 01:00-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar