Məhkəmə qərarları › İş №3(014)-221/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-221/2020

18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-221/2020 18.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, Məhkəmə iclas katibi X5 Müdafiəçi Vəkil Abdulhüseyin oğlu Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonu, Bulaqotağı kəndində yaşadığı evin yerləşdiyi küçədə qardaşı Eldənizlə mübahisə zamanı uca səslə söyüş söyərək ictimai asayışı pozmuş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, X4 məruzə edərək bildirdi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonu, Bulaqotağı kəndində yaşadığı evin yerləşdiyi küçədə qardaşı Eldənizlə mübahisə zamanı uca səslə söyüş söyərək ictimai asayışı pomuş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Ağdaş RPŞ-nin İTB-ninsahə rəisi X4 rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Bulaqotağı kəndində yaşayır.102 xidmətinə vurduğu zənglə bağlı onu izah edir ki, o qardaşı Eldənizlə mütəmadi olaraq mübahisə edir. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə birgə yaşadıqları evdə qardaşıyla aralarında mübahisə düşdü və qardaşı onu təhqir etmişdir. X1 ilə digər insanların yanında qışqıra-qışqıra ictimai asayışı pozmuşlardır. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək onları sakitləşdirərək nizam-intizama dəvət etdilər. Ancaq onun qardaşı Eldəniz onlara tabe olmadı, əksinə onun və polis əməkdaşlarının üzərinə hücum etdi. O, hadisə baş verən vaxtı polisin qanuni tələbinə tabe olmuş özü könüllü şəkildə polis şöbəsinə gəlmişdir. Hazırda əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində dörd az yaşlı övladının olmasını, törətdiyi əməldən səmim peşman olmasını və polisin qanuni tələbinə tabe olaraq polis şöbəsinə könülü gəlməsini nəzərə alaraq ona maddənin sanksiyasına uyğun olaraq həbs ilə nəticələnməyən inzibati tənbeh verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X2 və onun müdafiəçisini dinləyərək iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə təqsirli hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən həmin hissədə Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. ( Azərbaycan Respublikası İXM-nin 8.1-ci və 8.2-ci maddələrinə əsasən) Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən təqsiri sübuta yetrildiyindən barəsində inzibati tənbeh tədbiri Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun verilməlidir. İş materiala əlavə edilmiş xx xxxx 2020-ci il tarixli № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X3 xx xxxx 2020-ci il tarixdə saat 17:55-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azrəbaycan Republikasının İXM-nin 31.1-ci maddəsində göstərilir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azrəbaycan Republikasının İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin faktiki hallarını, əməlindən səmimi peşmançılığını inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 17:55-dən hesablanmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx.xx.1983-cü il təvəllüdlü, Ağdaş rayonu Bulaqotağı kəndində anadan olmuş, Ağdaş rayonu, Bulaqotağı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə təqsirli bilinib, 5 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 17:55-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar