Məhkəmə qərarları › İş №3(014)-222/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-222/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-222/2021 10.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, X7 oğlunun katibliyi, X2nun və X15 Təsərüfatı Mərkəzinin nümayəndəsi X9 iştirakı ilə, X5 X15 Təsərüfatı Mərkəzi tərəfindən qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli MN № ******* saylı qərarından verdiyi şikayətə 10 iyun 2021-ci il tarixdə Ağdaş şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilməsi haqqında X15 Təsərüfatı Mərkəzinin 30 sentyabr 2020ci il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini müdafiə edərək göstərmişdir ki, X15 Təsərüffatı Mərkəzinin barəsində tərtib etdiyi MN N ******* saylı 30 sentyabr 2020-ci il tarixli Qərarını almamış və həmin qərardan heç bir məlumatı olmamışdır. Bərdə şəhərinə gedərək bir neçə gün bundan əvvəl bu qərarı oradan almışdır. Qərar tam ədalətsiz olmaqla bərəbər ondan xəbərsiz olaraq tərtib edilmiş, etmədiyi bir əmələ görə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərara əsasən guya ona aid olan mal-qara meşə mossivinə daxil olub ağaclar bu baxımdan zədələnib. Bütün bunlara görə mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat inzibati cərimə olunmuşdur. Belə ki, ona məxsus mal-qara həyətindən kənara çıxmır. Meşə sahəsində onun heyvanları otlamamışdır. O, ikinci dəfədir ki, əsassız olaraq bu orqan tərəfindən qərəzli olaraq cərimələnir. Hazırki, protokolda tam qərəzli olmaqla onun barəsində əsassız olaraq tərtib edilmişdir. Protokolda şəkli olan mal-qara ona məxsus deyildir. Digər şəxslərin mal-qarasının meşə sahəsinə girməsini onun üstünə atmaqla yanlış qərar qəbul etmişlər. O tərtib edilmiş aktı görməmiş və akta imza etməmişdir. Tərtib olunan inzibati tənbeh vermə haqqında qərardan xəbəri olmamış, həmin qərardan məhkəməyə şikayət vermək məcburiyyətində qalmışdır. Bu səbəbdəndə X15 Təsərüffatı Mərkəzinin barəmdə tərtib etdiyi MN № ******* saylı 30 sentyabr 2020-ci il tarixli qərarın inzibati xəta hadisəsi olmadığından ləğv edilməsini və inzibati xəta haqqında icraatın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X15 Təsərüfatı Mərkəzinin nümayəndəsi X12 göstərmişdir ki, X15 Təsərüffatı X1 barəsində tərtib etdiyi MN № ******* saylı 30 sentyabr 2020-ci il tarixli qərarı 03.04.2021-ci il tarixdə poçt vasitəsi ilə X6 göndərilmişdir. X8 qərardan şikayət etmə müddətini ötürmüşdür. Buna görədə şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X5 qeyd edilən qərardan verdiyi şikayət geri qaytarılmamlıdır. Məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, X15 Təsərüfatı Mərkəzi tərəfindən qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli qərara əsasən X8 Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar X6 03.04.2021-ci il tarixdə poçt vasitəsi ilə göndərilirmiş, X8 qeyd edilən qərarı 21.04.2021-ci il tarixdə almışdır. X3 Regional Meşə Təsərüfatı Mərkəzi tərəfindən qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli qərarından qanunda nəzərdə tutulmuş qaydada on günlük şikayət vermə müddətini ötürdüyünü ehtiva edir. Belə ki X8 şikayət ərizəsi ilə məhkəməyə 20 may 2021-ci il tarixdə müraciət etmişdir. Bundan başqa X8 ötürülmüş müddətin bərpası barədə səlahiyyətli orqana vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilməsi haqqında X15 Təsərüffatı Mərkəzinin barəmdə tərtib etdiyi MN № ******* saylı 30 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə verdiyi şikayət ərizəsi X6 geri qaytarılsın. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar