Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-223/2023 20.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi ilə V Tağım YPX-nın inspektoru polis baş serjantı X5 xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: V Tağım YPX-nın inspektoru polis baş serjantı X8 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında V Tağım YPX-nın inspektoru polis baş serjantı X8 tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X6 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə manevri etmiş, buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək ona 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki post alayının polis serjantı xx.xx.2023-cü il inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, həmin inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci madddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respunlikası Daxili İşlər Nazirliyinin Şəki post alayının polis serjantı ona tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərmişdir ki, güya o xx.xx.2023-cü il tarixdə, saat 18:15 radələrində X4 yolunda "Mercedes Benz C240" markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə ederkən əks istiqamətə hərəkət zolağına çıxmaqla inzibati xəta törətmişdir. Həmin tarixdə o, Şəki - Xaldan istiqamətinə idarə etdiyi avtomobillə hərəkətdə olmuşdur. Həmin vaxt düzgün riayət edərək hərəkətini davam etdirmişdir. Lakin, YPX inspektoru onu saxlayıb təkidlə qayda pozduğunu bildirərək barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, bu zaman hansı qayda pozuntusu törətdiyini bildirməmiş, pozuntu barədə hər hansı sübut tələb etsə də, sübut təqdim etməkdən imtina etmişdir. O, həmin protokolla razılaşmadığı halda “yoluna davam edə bilərsən” deyərək yola salınmışdır. Ona protokolda təqdim edilməmişdir. Sonradan ona AsanPay kabinetində cərimə olunma baradə bildiriş gəlmişdir. Buna baxmayaraq, YPX inspektoru həmin protokolu İnzibati Xətalar Məcəlləsinin tələbinə görə qərar etmək üçün yuxarı orqana göndərməli olduğu halda qanunsuz olaraq dərhal inzibati tənbeh vermə haqqında qərar vermişdir. Beləliklə, heç bir yol hərəkəti qaydası pozmadığı halda barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edilmiş, protokola etiraz etməyi barəsində narazılıq bildirsə də, qanunvericiliyini tələbi kobudcasına pozularaq, dərhal inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və onun Daxili İşlər Nazirliyindəki elektron kabinetində yerləşdirilmişdir. Qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, şikayət vermiş şəxs qayda pozuntusuna yol vermədiyini bildirsə də, onun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə manevri etməsi və həmin cəriməni ödəməyi məhkəmə iclasında müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.5-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X3 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: V Tağım YPX-nın inspektoru polis baş serjantı X5 xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-223/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-223/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver