Məhkəmə qərarları › İş №3(014)-224/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-224/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-224/2020 19.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxx 2020-ci il tarixdə axşam saatlarında Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən evində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onlar bir-birlərinə sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs haqqında Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxx 2020-ci il tarixdə Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ağdaş rayonu Polis Şöbəsinə Ərizə ilə müraciət edərək Şəxs onu döyərək xəsarət yetirdiyini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Ağdaş RPŞ-nin TQ-nun xx xxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis mayoru X3 izah etdi ki, xx xxx 2020-ci il tarixdə Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ağdaş rayonu Polis Şöbəsinə Ərizə ilə müraciət edərək Şəxs onu döyərək xəsarət yetirdiyini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı Şəxs gəlinləri Zərərçəkmiş şəxs Ağdaş rayonu Güvəkənd kəndində yerləşən anasının evində yaranan mübahisə zamanı döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi məlum olmuşdur. Ağdaş RPŞ-nin TQ-nun xx xxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, müvəqqəti olaraq Bakı şəhərində kəndində yaşayır. Zərərçəkmiş şəxs onların gəlinidir. xx xxx 2020-ci ildə Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı onlar bir-birlərinə sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Törətdiyi əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək, hazırda Zərərçəkmiş şəxsilə barışdığını nəzərə alaraq, iznibati işüzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izah etdi ki, Ağdaş rayonu Güvəkənd kəndində yaşayır. Şəxs onun baldızıdır. xx xxx 2020-ci ildə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanıonlar bir-birlərinə sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bu səbəbdən Şəxs hərəkətlərindən Ağdaş rayon polis şöbəsinəərizə ilə müraciət etmişdir. Hazırda Könüllə barışmışlar. Məhkəməyəərizə təqdim edərək, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmamasını və hazırda onunla barışdığını nəzərə alaraq inzibati işüzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin və Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakıəsaslara görə inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Belə ki, işüzrə Zərərçəkmiş şəxsməhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında işüzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinəəsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işüzrə icraat yalnız zərər çəkmişşəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmişşəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin işüzrə icraata xitam verilir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinəəsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar