Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-224/2023 10.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1969-cu ildə Ağdaş rayonunun Malay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Binələr ərazi dairəsi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Ağdaş rayonunun Orta Ləki kəndində biyan qəbul məntəqəsindən Zərərçəkmiş şəxs məxsus 3 (üç) ədəd dəmir çarpayını oğurlamışdır. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X2 09 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, heç bir yerdə işləmir. Pula ehtiyacı var. xx.xx.2023-cü il tarixdə saat təxminən 16.00 radələrində Ağdaş rayonunun Orta Ləki kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yaxınlığından keçmişdir. Həmin vaxt torpaq sahəsində olan bir mərtəbəli tikiliyə yaxınlaşmış, tikilinin pəncərəsindən içəriyə baxan zaman tikilinin içərisində 3 ədəd köhnə dəmir çarpayıların olmasını görmüşdür. Pula ehtiyacı olduğundan içəridəki çarpayıları oğurlamaq qərarına gəlmişdir. Tikilinin açıq pəncərəsində içəri daxil olaraq, 3 ədəd dəmir çarpayını oradan gütürüb getmişdir. Sonra Ağdaş rayonunun Orta Ləki kəndində “priyezd” adlanan yerdə yol ilə gedərkən köhnə ağ rəngli “VAZ 2106” markalı avtoməbil onun yanında dayanmışdır. Avtomobildə olan iki nəfər şəxs dəmir aldıqlarını bildirərək, çarpayıları satıb-satmadığını soruşmuşlar. Onlara çarpayıları satdığını demiş, bundan sonra iki nəfər şəxsə çarpayıları 8 (səkkiz) manata satmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Ağdaş rayonunun Orta Ləki kəndində torpaq sahəsi və həmin torpaq sahəsində 17 metr uzunluğunda, 12 metr enində bir mərtəbəli tikilisi vardır. Tikilini əvvəllər biyan qəbul məntəqəsi kimi istifadə etmiş və orada fəhlələr də qalmışlar. Hazırda isə həmin tikilidən istifadə etmir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16-17 radələrində özünə məxsus həmin biyan qəbulu məntəqəsini yoxlamaq üçün getmişdir. Həmin vaxt ona məxsus məntəqənin yerləşdiyi torpaq sahəsinin yaxınlığında üzdən tanıdığı Ağdaş rayonu Ləki qəsəbəsində yaşayan Faiq Mehdiyevi əlində çarpayı dəmirləri ilə getdiyini gürmüşdür. Dəmirləri məntəqəsində olan dəmirlərə oxşatmışdır. Tez məntəqəyə getmiş, orada 3 ədəd dəmir çarpayı dəmirlərinin olmadığını aşkar etmişdir. Dəmirləri Faiqin oğurlandığını başa düşmüşdür. Qayıdıb Faiqə yaxınlaşmaq istəyəndə Faiqin çıxıb getdiyini görmüşdür. Dəmirlər köhnə olmuş və həmin dəmirlərin oğurlanması nəticəsində ona 30 manat maddi ziyan dəymişdir. Faiq Mehdiyev məntəqəyə pəncərədən daxil olmuşdur. Hazırda Şəxs ilə barışmamışdır. Ona ciddi tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində Zərərçəkmiş şəxs Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək, Şəxs tərəfindən ona məxsus 3 (üç) ədəd dəmir çarpayının oğurlanması barədə məlumat vermişdir. Sonra Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Ağdaş rayonunun Orta Ləki kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus biyan qəbul məntəqəsindən 3 (üç) ədəd dəmir çarpayının oğurlaması faktı aşkar olunmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanması rədd olunmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi əlaməti olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(014)- 731/2022 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinmiş və ona 23 (iyirmi üç) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də inzibati həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 15:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-224/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-224/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver