Məhkəmə qərarları › İş №3(014)-225/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-225/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-225/2021 24.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 12.03.2021-ci il tarixdə Şəxs qanunsuz olaraq narkotik vasitə sayılan tiryək qrupuna aid alkoloid istifadə etmişdir. Barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən protokol tərtib edilmişdir. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı Rauf Quluzadənin 12 aprel 2021-ci il tarixli HK-1/260 saylı qərarı ilə Şəxsnun əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işi başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikasının 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmiş, Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X3 tərəfindən Şəxsnun barəsində 24 may 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X3 məhkəmə iclasında izah etdi ki, 12.03.2021-ci il tarixdə Şəxs qanunsuz olaraq narkotik vasitə sayılan tiryək qrupuna aid alkoloid istifadə etmişdir.Şəxs barəsində 24 noyabr 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatıda bildirmişdir ki, 12 mart 2021-ci il tarixdə etibarnamə əsasında ona məxsus olan “Toyota Prius” markalı **-Oİ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Abşeron rayonundan Gəncə şəhərinə getməli olmuşdur. Avtomobili o, idarə etmiş və avtomobildə tək olmuşdur. Gəncəyə gələn zaman xatırlamadığı rayon ərazisində marketə daxil olmuş, sonra isə digər bir xatırlamadığı rayonda yolda avtomobili saxlayıb əllərini yumuşdur. Sonradan isə baş verənləri xatırlamır. Yolda hərəkətdə olduğu zaman avtomobilə nə isə dəydiyini çox qaranlıq olaraq xatırlayır. Lakin sonradan olan yol-nəqliyyat hadisəsinin necə və hansı şəraitdə baş verməsini xatırlamır. Özünə gələn zaman isə avtomobilin yolun sol kənarında olan daş lövhəyə çırpılı vəziyyətdə olduğunu görmüş və xəsarət aldığını bilmişdir. Almış olduğu xəsarətlərlə bağlı isə Ağdaş RMX-na müraciət etmişdir. Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İşə materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizanın 06.04.2021-ci il tarixli 868/K saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Şəxs götürülmüş qan nümunəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmiş, barbitur turşusu törəmələri, fenotiazin, pirazalın, 1,4 benzodiazepin törəmələri, fenilalkilamin qrupu törəmələri, salisilatlar və kannabinoid ( çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən ağırlaşdırıçı, yüngülləşdirici halların olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, inzibati xəta törətmiş Şəxsnun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 06.08.1998-ci il tarixdə Türkiyə Respublikası, İstambul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Abşeron rayonu, Xırdalan 28, 16, 35-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : N.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar