Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-226/2021 24.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Ağdaş rayonunun Davudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 10.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 199 manat dəyərində “Motorolla” markalı mobil telefonu oğurlamışdır. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X4 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 24.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsini etiraf edərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər heç bir mübahisə baş verməmişdir. 10.05.2021-ci il tarixdə saat 13:00 radələrində Ağdaş şəhərində yerləşən “Birinci” marketin qarşısında, Zərərçəkmiş şəxs zəng etmək üçün telefon istəmişdir. Zərərçəkmiş şəxs özünə məxsus “Motorolla” markalı mobil telefonu ona vermişdir. Şəxs telefonla danışmaq bəhanəsi ilə oradan uzaqlaşmışdır. Daha sonra telefonu söndürmüşdür. Hazırda Zərərçəkmiş şəxs dəymiş zərəri ödəmişdir və onunla barışmışdır. Gələcəkdə bir də belə hərəkətə yol verməyəcəkdir. Əməlindən peşmandır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək izahatında bildirdi ki, 10.05.2021-ci il tarixdə Ağdaş RPŞ-yə şikayət yazmışdır. Belə ki, o, Gülsabah adlı qadını tanıyır. Gülsabah adlı qadınla aralarında əvvələr heç bir mübahisə baş verməmişdir. 07.05.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində Ağdaş şəhərində yerləşən “Birinci” marketin qarşısında Gülsabah adlı qadınla bilrikdə dayanmışdır. Gülsabah adlı qadın ona “Ataş dayı telefonu ver bir nəfərlə danışmalıyam” deyə söyləmişdir. O da özünə məxsus “Motorolla” markalı telefonu Gülsabah adlı qadına vermişdir. Daha sonra o, “Birinci” marketə daxil olmuşdur. “Birinci” marketdən çıxan zaman artıq Gülsabah adlı qadın çöldə yox idi. Hazırda ona dəymiş zərər tamamilə ödənilmişdir və Şəxs ilə barışmışdır, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi Kərimov Sırac Şahmurad oğlu izahatında bildirdi ki, 10.05.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs Ağdaş RPŞ-yə müraciət edərək, 07.05.2021-ci il tarixdə Gülsabah adlı qadının ona məxsus 199 manat dəyərində “Motorolla” markalı mobil telefonu oğurlamasını bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Təhqiqat araşdırması zamanı məlum olmuşdur ki, 10.05.2021-ci il tarixdə Ağdaş rayon Davudlu kənd sakini Şəxs ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus 199 manat dəyərində “Motorolla” markalı mobil telefonu oğurlamışdır. Ümumilikdə vurulmuş maddi ziyanlığın dəyəri 199 manatdır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi əlaməti olduğundan onlun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə ictimai işlər və ya inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərər tamamilə ödənilmişdir və zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödədiyindən, inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-226/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-226/2021
24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver