Məhkəmə qərarları › İş №3(014)-226/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-226/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-226/2025 02.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 22 avqust 1981-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdaş şəhəri, H.Əliyev prospekti 159/13 qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 01 may 2025-ci il tarixdə saat 18:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində ucadan qışqıraraq səs-küy salmış, ünvansız küçə söyüşləri söyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, AR İXM-nin 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 01 may 2025-ci il tarixdə saat 18:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində ucadan qışqıraraq səs-küy salmış, ünvansız küçə söyüşləri söyərək AR İXM-nin 510-cu və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, AR İXM-nin 535.1-ci maddələrinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs X10 izahat verərək göstərdi ki, o, 01 may 2025-ci il tarixdə övladı X11 ilə Şəki Apellyasiya Məhkəməsinə getmişlər. Həmin yerdə oğlu Nüsrətə Ağdaş polis əməkdaşları heç bir sənəd təqdim etməyərək, zorla oğlu Nüsrəti avtomobilə mindirərək apardılar və o, tez Nicata zəng edib Nüsrəti polislərin apardığını deyərək, onun ailəsini polis şöbəsinə aparmasını xahiş etmişdir. Bir qədər sonra özü də Şəkidən gəlmişdir. Polis şöbəsinin qabağında ailəsi və Nicat ilə görüşmüş, polis əməkdaşlarına oğlunu görmək istədiyini bildirmiş, lakin onlar onu Nüsrətlə görüşdürməmişlər. Bundan 10-15 dəqiqə sonra onları polis rəisi çağırmış, onlar telefonlarını Nicata verib, pillənkənləri qalxmaq istədikdə Nicatı polis əməkdaşları zorla polis bölməsinə aparmaq istəmişlər. O, arvadı ilə birlikdə polis əməkdaşlarının Nicatı aparmalarına mane olmaq istəmişlər, lakin buna nail ola bilməmişlər. daha sonra onu da zorla polis şöbəsinə aparmışlar. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, X5 RPŞ-nin İstintaq Bölməsində dindirilməsi üçün məcburi qaydada gətirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli qərarın icrası həyata keçirilərək X11 RPŞ-in inzibati binasına məcburi qaydada gətirilmiş, Nüsrət Musayevin dindirilməsi valideynlərinin iştirakı ilə keçirilməli olduğu üçün valideynləri RPŞin inzibati binasına dəvət edilmişlər. xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Ağdaş RPŞ-in CAB-nin əməliyyat müvəkilləri, polis baş leytenantı Xəyal Süleymanov, polis kapitanı Cəsur Hümbətov, polis leytenantı Kaman Qələndərov, polis leytenantı Rauf Raufzadə, polis mayoru Emil Dəmirov ilə birlikdə RPŞ-in inzibati binasında xidmətdə olarkən Nüsrət Musayevin valideyni Ağdaş şəhəri, H.Əliyev prospekti 159/13 ünvanında qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Şəxs və Ağdaş şəhəri C.Cabbarlı küçəsi ½-də qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü X6 RPŞ-in inzibati binasının qarşısında küçədə, yəni ictimai yerdə ucadan qışqıraraq səs-küy saıdığını, nalayiq ifadələr işlətdiyini, ünvansız küçə söyüşlər söydüyünü eşidib, dərhal həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər, onları ictimai qaydanı pozmamağa, nizam-intizama dəvət etmişlər, lakin onlar öz hərəkətlərini davam etdirib, polisin iş rejimini, nizam-intizamı pozmuşlar. Bu zaman həmin yerə PPXB-nin polis nəfərləri Mehman Qurbanov, Cəsarət Əhmədov və İzzət Məmmədov yaxınlaşıb, həmin şəxsləri nizam-intizama bir daha dəvət etmişlər, lakin həmin şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Bundan sonra həmin şəxslərin barələrində qanuni tədbir görülməsi üçün onları RPŞ-nin inzibati binasına gətirərək Növbətçi Hissəyə təhvil vermişlər, həmin şəxslərdən Nicat Rəhimov öz qanunsuz əməllərini narkotik vasitənin təsiri altında törətdiyi sonradan məlum olmuşdur. X1, Qurbanov Mehman oğlu, X13 məhkəmə iclasında X2 ilə eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 02 may 2025-ci il tarixli arayışından görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİNnin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasında yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 02 may 2025-ci il tarixli, 1536/2025 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana), AMP (amfetamin), OPİ (heroin) aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 02 may 2025-ci il tarixli 719 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müallicəyə ehtiyac yoxdur. Nakoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İşin materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 01 may 2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 01 may 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar