Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-227/2025 02.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati Xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1997-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 02 may 2025-ci il tarixdə saat 18 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində ucadan qışqıraraq səs-küy salmış, ünvansız küçə söyüşləri söyərək AR İXMnin 510-cu və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, AR İXM-nin 535.1-ci maddələrinin tələbini pozmuşdur. Eyni zamanda, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Gəncə şəhəri Narkoloji Dispanserində narkoloji müayinədən keçirilmiş və narkotik maddə olan marixuananın təsiri altında olduğu müəyyən edilmişdi. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 02 may 2025-ci il tarixdə saat 18 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində ucadan qışqıraraq səs-küy salmış, ünvansız küçə söyüşləri söyərək AR İXM-nin 510-cu və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, AR İXM-nin 535.1-ci maddələrinin tələbini pozmuşdur. Eyni zamanda, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Gəncə şəhəri Narkoloji Dispanserində narkoloji müayinədən keçirilmiş və narkotik maddə olan marixuananın təsiri altında olduğu müəyyən edilmişdi. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 01 fevral 2025-ci il tarixdə Ağdaş şəhərində yerləşən təmir sexində işləyərkən ustası ona zəng edərək, ailəsini polis şöbəsinə aparmasını xahiş etmişdir. Kamalın ailəsi ilə birlikdə Polis Şöbəsinə getdikdə, Kamal və ailəsi polis şöbəsinin qarşısında səs-küy salmışlar. O, da həmin kadrların videoçəkilişini aparmışdır. O, arada narkotik vasitə olan marixuanadan istifadə edir, sonuncu dəfə 10 gün əvvəl yaşadığı evdə istifadə etmişdir. Lakin tərtib olunmuş rəylə razı deyil. Şahid6 məhkəmə iclasında izahat verərək göstərdi ki, X3 RPŞ-nin İstintaq Bölməsindən məcburi qaydada gətirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli qərarın icrası həyata keçirilərək X5 RPŞ-in inzibati binasına məcburi qaydada gətirilmiş, Nüsrət Musayevin dindirilməsi valideynlərinin iştirakı ilə keçirilməli olduğu üçün valideynləri RPŞin inzibati binasına dəvət edilmiş, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Ağdaş RPŞ-in CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3, polis kapitanı Şahid1, polis leytenantı Şahid6, polis leytenantı Şahid7, polis mayoru Şahid10 ilə birlikdə RPŞ-in inzibati binasında xidmətdə olduğu zaman Ağdaş RPŞ-nin inzibati binasının qarşısında Nüsrət Musayevin valideyni Ağdaş şəhəri, H.Əliyev prospekti 159/13 ünvanında qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü X6 və Ağdaş şəhəri C.Cabbarlı küçəsi ½-də qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü Şəxs RPŞ-in inzibati binasının qarşısında küçədə, yəni ictimai yerdə ucadan qışqıraraq səs-küy saıdığını, nalayiq ifadələr işlətdiyini, ünvansız küçə söyüşlər söydüyünü görmüş, dərhal həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər, onları ictimai qaydanı pozmamağa, nizam-intizama dəvət etmişlər, lakin onlar öz hərəkətlərini davam etdirmişlər, polisin iş rejimini, nizam-intizamı pozmuşlar. Bu zaman həmin yerə PPXB-nin polis nəfərləri Şahid8, Şahid2 və Şahid5 yaxınlaşmışlar, həmin şəxsləri nizam-intizama bir daha dəvət etmişlər, lakin həmin şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişlər, həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün onları RPŞ-nin inzibati binasına gətirərək Növbətçi Hissəyə təhvil vermişlər, həmin şəxslər öz qanunsuz əməllərini narkotik vasitənin təsiri altında törətdiklərini bilmişdir. Şahid1 məhkəmə iclasında Şahid6 ilə eyni məzmunlu izahat vermişdir. İşin materiallarında olan 02 may 2025-ci il tarixli, MN № 22172735 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00da inzibati qaydada tutulmuşdur. İşin materiallarından olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2021-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsulliyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs barəsində xx.xx.2025-ci il tarixdə AR İXM-in 212.1-ci maddəsilə protokol tərtib olunmuşdur. İşin materiallarından olan xx.xx.2025-ci il tarixli 1535/2025 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində AMP aşkar edilməmiş, OPİ (heroin) və THC (marixuana) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 02 may 2025-ci il tarixli 719 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müallicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Şəxs polis əməkdaşlarına heç bir təzyiq göstərməməsini, heç bir qanun pozuntusuna yol verməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli, ona inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Həbsetmənin əvvəli 01 may 2025-ci il tarixdən, saat 19:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicə təyin edilməli, o, narkoloji dispanserdə qeydiyyata alınmalı və qərar bu hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutulan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 206-cı maddəsilə 1 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 01 may 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs təyin olunmuş narkomaniyadan məcburi müalicə inzibati həbs başa çatdıqdan sonra icra olunsun. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-227/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-227/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver