Məhkəmə qərarları › İş №3(014)-228/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-228/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-228/2021 31.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və “Zərərçəkmiş şəxs2” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə xx.xx.1984-cü ildə Bərdə rayonunun Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 29.03.2021-ci il tarixdə Ağdaş rayonunun Orta Ləki kəndində yerləşən “Ləki” marketdən 2 ədəd “Chivas Regal” markalı viski və Ağdaş şəhəri, M.Füzuli küçəsində yerləşən “1inci” marketdən 2 ədəd “Ballantines Finest” markalı viskiləri oğurlamışdır. Ağdaş rayon Polis şöbəsinin İstitnaq qrupunun müstəntiqi X3 tərəfindən 24 may 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 31.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsini etiraf edərək izahatında bildirdi ki, Bərdə rayonu Xanərəb kəndində yaşayır. Heç bir ruhi əsəb və s. xətəlikdən əziyyət çəkmir. Ailəlidir və iki azyaşlı övladları var. Oğlu Sadiqin 10 yaşı, digər övladı Səidin isə 6 yaşı vardır. Əvvələr məhkum olunmuş, belə ki, o, narkotik istifadəçisi kimi məhkum olmuşdur. 29.03.2021-ci il tarixdə yaşadığı Bərdə rayonunda əvvəllər tanıdığı Həsən adlı şəxs ilə birgə razılaşaraq Ağdaş rayon ərazisində yol kənarında yerləşən Ləki market adlanan mağazadan oğurluq etmək qərarına gəlmişdir. Bu barədə rayon sakini kimi tanıdığı Həsən adlı şəxsə də demişdir. Həsən də onun oğurluq etməyə razı olduğunu demişdir. Sonra günorta saatlarında o, Bərdə şəhərindən taksi ilə danışmış, 25 manata razılaşmış ki, onu Ağdaşa gətirsin və geri qaytarsın. Bərdə rayonundan qara rəngli “VAZ 2106” markalı taksi avtomobilinə əyləşərək və həmin avtomobillə Ağdaş rayonuna Ləki kəndinə gəlmişlər. O, avtomobildən yerə düşmüşdür. Mağazada həmin vaxt insanların çoxluğunu gördükdən sonra mağazanın daxilində olan vitrinə yığılmış spirtli içkilərdən 1 şüşə viskini oğurlayaraq bayıra çıxmışdır. Bundan sonra sürücüyə demiş ki, Ağdaş şəhərinə getsinlər. Onlar birlikdə Ağdaş şəhərinə gəlmişlər. Ağdaş şəhərinin giriş hissəsində “1inci” marketin qarşısında dayanmışlar. Həmin vaxt onunla birlikdə olan Həsən ilə qabaqcadan aralarında olan razılığıa əsasən mağazaya daxil olmuşlar. O, marketin bir qapsından, Həsən isə digər qapısndan marketə daxil olmuşlar. Hərəsi 1 şüşə viski oğurlayıb marketdən çıxmışlar. Onlar həmin marketdən ümumilikdə 2 ədəd viski oğurlamışlar. Bundan sonra maşına əyləşib yenidən yaşadıqları Bərdə rayonuna geri qayıtmışlar. Həmin gün evində qonaqları olduğu üçün oğurladığı 2 şüşə viskini də qonaqları içmişlər. 05.04.2021-ci il tarixdə yenidən oğurluq etmək fikrinə düşmüşdür. Ona görə yenə, əvvəlki gəldiyi taksi sürücüsnə yaxınlaşıb, demiş ki, 25 manat pul verəcək, onu Ləki marketə aparsın. Ləki kəndində yol kənarında yerləşən Ləki marketə çatdıqda o, marketə daxil olmuşdur. Marketdən 1 şüşə viski oğurlamışdır. Marketdən çıxdıqdan sonra viskini aparıb başqa marketdə satmaq istəmişdir. Ona görə də, maşına əyləşib Bakı istiqamətində biraz getdikdən sonra yolun kənarında market olduğunu görmüşdür. Marketə daxil olmuş və satlıq viski olduğunu demişdir. Həmin vaxt marketdə işləyən şəxslər “Ləki Market”in işçilərinə xəbər vermiş, sonra onu saxlayaraq polisə məlumat vermişlər. Polis əməkdaşları gəldikdən sonra onu Ağdaş RPŞ-yə gətirmişlər. Onu Ağdaş RPŞ-yə gətirərkən oğurlayaraq əldə etdiyi bir ədəd viskini də gətirmişlər. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu zərəri tam ödədiyini və onlarla barışdığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Hal-hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Nümayəndə ərizə təqdim edərək izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Hal-hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, 05.04.2021-ci il tarixdə Ağdaş rayon sakini X4 RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus “Ləki” marketdən 2 şüşə “Chivas Regal” markalı viski oğurlandığını bildirmişdir. Həmçinin, həmin tarixdə Ağdaş rayon sakini Nümayəndə RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus “1inci” marketdən 2 şüşə viski oğurlandığını bildirmişdir. Şəxs 29.03.2021-ci il tarixdə Ağdaş rayonunun Orta Ləki kəndində yerləşən “Ləki” marketdən 2 ədəd “Chivas Regal” markalı viski və Ağdaş şəhəri, M.Füzuli küçəsində yerləşən “1inci” marketdən 2 ədəd “Ballantines Finest” markalı viskiləri oğurlaması faktı aşkar olunmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi əlaməti olduğundan onlun barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə ictimai işlər və ya inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş zərər tamamilə ödənilmişdir və zərərçəkmiş şəxslərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödədiyindən, inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxslərin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar