Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-229/2020 07.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, Şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs idarə etdiyi «NİSSAN ALTİMA» markalı 10OA205 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə AR DİN-nin Baş Dövlət X1 xx xxxxxx 2020-ci il tarixli EQ ******* №-li inzibati tənbeh vermə haqqında elektron qərarı ilə 10 (on) manat məbləğdə, xx xxxxxx 2020-ci il tarixli EQ ******* №-li inzibati tənbeh vermə haqqında elektron qərarı ilə 10 (on) manat məbləğdə inzibati cərimə edilmişdir. Lakin Şəxs inzibati tənbeh etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cəriməni və onun üzərinə hesablanmış dəbbə pulunu ödəmədiyinə görə onun barəsində xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək, xx xxxx 2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi, əməlindən səmimi peşman olduğunu, xx xxxx 2020-ci il tarixdə 20 (iyirmi) manat məbləğində inzibati cəriməni, 32 (otuz iki) manat dəbbə pulu ilə birlikdə ödədiyini bildirdi və barəsində inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi və bu barədə Ağdaş rayon Polis şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışını məhkəməyə təqdim etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, buna görə də onun barəsində inzibati tənbeh tətbiq edilməli, lakin məhkəmə qərar qəbul edənədək inzibati cəriməni və dəbbə pulunu ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Ağdaş rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 20 (iyirmi) manat məbləğində cərimə borcunu dəbbə pulu ilə birlikdə 32 (otuz iki) manat məbləğində pulu xx xxxx 2020-ci il tarixdə HÖP ödəniş sistemi vasitəsilə ödəmişdir, onun adına hal-hazırda heç bir cərimə borcu yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs inzibati xəta törətdiyinə görə təqsirli bilinməli, inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək inzibati cəriməni və dəbbə pulunu ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1971-ci ildə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu Xosrov kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək inzibati cəriməni və dəbbə pulunu ödədiyinə görə inzibati məsuliyyətdən azad edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-229/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-229/2020
07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver