Məhkəmə qərarları › İş №3(014)-229/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-229/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-229/2021 31.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs ilə X5 ilə birlikdə 29.03.2021-ci il tarixdə Ağdaş rayon Orta Ləki kəndində yerləşən “LƏKİ” marketdən 2 ədəd “CHİVAS” markalı viski və Ağdaş şəhərində yerləşən “1 İNCİ” marketdən 2 ədəd “BALLATİNES FİREST” markalı viskini oğurlamışıdr. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin 24 may 2021-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 05.04.2021-ci il tarixdə Ağdaş rayon sakini X7 RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus “Ləki” marketdən 02 şüşə “Çhıvas Regal” viski oğurlanmasını bildirmişdir. Oğurlanmış predmetlərin dəyəri Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkibini yaratmadığından, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi əlaməti olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi X4 izah etdi ki, İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs ilə X5 ilə birlikdə 29.03.2021-ci il tarixdə Ağdaş rayon Orta Ləki kəndində yerləşən Ləki 2 ədəd “CHİVAS” markalı viski və Ağdaş şəhərində yerləşən “1 İNCİ” marketdən 2 ədəd “BALLATİNES FİREST” markalı viskini oğurlamışıdr. Ağdaş RPŞ-nin İQ-nun müstəntiqi, polis mayoru X8 24 may 2021-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, törətdiyi əməli etiraf edərək, həqiqətəndə Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “LƏKİ” merketdən “CHİVAS LEGAL” markalı viski oğurladığını, halhazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında, “Ləki Dörd yolu” deyilən yerdə yerləşən 1-ci marketdə adminstrator vəzifəsində işlədiyini, həmin marketdə malların alışı və satışına, həmçinin işçilərin işlərinə özü nəzarət etdiyini, 29.03.2021-ci il tarixdə saat 19:05 radələrində işdə olduğunu, həmin vaxt mağazada işçilərdən İbrahim Musayevin ona yaxınlaşaraq mağazanın spirtli içkilər yığılmış piştaxtasında olan viskilərdən 02 şüşə 1 litrlik “Ballantines Finest” markalı viskinin yerində olmadığını və həmin viskilərində satılıb satılmadığını bilmədiyini bildirdiyini, bundan sonra mağazanın kassa aparatından sorğu sual etdikdə həmin piştaxtada olan həmin 02 şüşə spirtli içki 1 litrlik “Ballantines Finest” markalı viskilərin oğurlandığını bildiklərini, bundan sonra mağazanın müşahidə görüntü kamerasına baxış keçirdiklərini və baxış zamanı 02 şüşə 1 litrlik “Ballantines Finest” markalı viskiləri 2 nəfər naməlum şəxslər tərəfindən oğurlandığını bildiklərini, onların hərəsinin bir şüşə viski oğurladıqlarını, həmin şəxslərin kimliyini müəyyən etmək məqsədi ilə sorğu sual etdiklərini, lakin onların kim olmasını müəyyən edə bilmədiklərini, daha sonra bu barədə RPŞ-nə ərizə ilə müraciət etdiyini, ilk dəfə idi ki, həmin şəxsləri gördüyünü və onların kim olmalarını da bilmədiyini, həmin mağazada rəsmi olaraq müqavilə əsasında işlədiyini və həmin sənədi də təqdim edə biləcəyini, həmin viskilərin hər birinin qiymətinin 53 manat olduğunu, 02 ədəd viski oğurlandığından mağazaya ümumi olaraq 106 manat maddi ziyan dəydiyini, xeyr əvvəllər onun işlədiyi mağazadan oğurluq olmadığını bildirmişdir. Məhkəmə iclasında ona dəymiş ziyan ödənildiyindən və Şəxs ilə barışdığından hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Ağdaş RPŞ-nin sahə rəisi X1 izahatlarını dinləyərək hesab edir ki, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanı törətməkdə təqsirlidir, lakin aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 39.2, 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar