Məhkəmə qərarları › İş №3(014)-229/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-229/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-229/2025 08.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxx 1966-cı ildə Ağdaş rayonu, Pirəzə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Pirəzə kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə təqsirləndirilməsinə dair Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 08 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1285/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 3341 manat məbləğində pul alınaraq X4 verilməlidir. Lakin borclu Şəxs icra sənədini üzrsüz icra etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1285/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 4000 manat məbləğində pul alınaraq X4 verilməlidir. Sözügedən icra sənədi 09 yanvar 2024-cü il tarixdə icraatına daxil olmuş, həmin tarixdə də tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair Şəxs bildiriş göndərilmişdir. Lakin Şəxs İcra şöbəsinə yaxınlaşmadığı üçün qeydiyyatda olduğu ünvana xəbərdarlıq məktubu göndərilmişdir. Şəxs İcra Şöbəsinə gələrək izahat yazmış və izahatında tələb olunan borcundan 720 manat ödəniş etdiyini, işsiz olduğu üçün qalan borcu ödəyə bilmədiyini və pulu olduqda ödəyəcəyini bildirmişdir. X7 borcun ödənilməsini tələb etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ramin Abbasov sualları cavablandırarq bildirdi ki, icra vərəqəsi icraatına daxil olduqdan sonra tələbkarla borclu arasında borcdan hər ay 110 manat ödənilməsinə dair razılıq əldə edilmişdir. Daha sonra X7 fikrini dəyişmiş və borcunun tam ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, borcdan hər ay 110 manat ödənilməsinə dair razılığa gəlmişdir. Həmin məbləğdən 500 manat icra məmurunun yanında ödəniş etmiş, daha sonra yanvar, fevral və mart aylarında 110 manat olmaqla ödənişlər etmişdir. Özü çoban işləyir. Evində iki onkoloji xəstə var və maddi imkanı olduqca zəifdir. Bu səbəbdən də borcunu ödəyə bilmir. Tələbkar borcun tam şəkildə ödənilməsini istəyir. Lakin o, həmin borcu ödəmək iqtidarında deyildir. Ay sonu 50-60 manat ödəniş edə bilər. Geri qalan borcu isə hər ay ödəmək istəyir və borcun ödənilməsindən yayınmır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1285/2024-009 nömrəli, 06 noyabr 2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 4000 manat məbləğində borc və 61 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı X2 xeyrinə verilməsinə dair qərar qəbul olunmuşdur. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 09 yanvar 2025-ci il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, həmin tarixdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1285/20249 nömrəli, 06 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs qeydiyyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. MilliÖN elektron ödəmə sisteminə məxsus 31 yanvar 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İ***** R***** E***** oğluna məxsus, 416773******0030 saylı hesaba 500 manat məbləğində ödəniş edilmişdir. Ramil adı ilə qeydə alınmış ********* saylı nömrədən göndərilmiş SMS məktubunun məzmununda “Salam mən X1 Nazim Firdun oğlundan hər ay 110 manata razılaşdım” qeyd edilmişdir. Borclu Şəxs 08 may 2025-cii l tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsində verdiyi izahatından görünür ki, o, borcdan 720 manat tələbkara ödəniş etmiş, işsiz olduğu üçün qalan borcu ödəyə bilmir və pulu olduğunda ödəyəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs icra məmurunun icra qeydinin icrası barədə tələblərini pozmamışdır. Onun Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, 06 noyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən 09 yanvar 2025-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İcra sənədində nəzərdə tutulmuş borcun ödənilməsi ilə bağlı Şəxs tərəfindən 500 manat və iki dəfə olmaqla ümumilikdə 220 manat məbləğində ödəniş edilmişdir. İcra məmuru tərəfindən məhkəməyə göstərilənlərin əksini təkzib edəcək hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, borclu Şəxs da borcu ödəməkdən yayınmayaraq məhkəmə iclasında tələbkara ümumilikdə 720 manat ödəniş etdiyini bildirmiş və hər ay müəyyən məbləğlərdə ödənişlər ödəməyə dair öhdəlik götürmüşdür. Şəxs irəli sürdüyübu dəlilləri icra məmuru Ramin Abbasov da məhkəmə iclasında təqsdiq etmişdir. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Şəxs əmməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 05 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 55 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 55 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar