Məhkəmə qərarları › İş №3(014)-23/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-23/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-23/2022 17.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, xx.xx.1983-cü il tarixdə Ağdaş rayonu Mürsəl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdaş rayonu Mürsəl kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Ağdaş şəhərində 17 yanvar 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs yaşadığı Ağdaş rayonu Mürsəl kəndində yerləşən evində qanunsuz saxladığı 1 ədəd 16 kalibirli, tək lüləli, “ИЖК” modelli, “A-08568” №-li odlu ov silahı aşkar olunmuş, mülki silahın qeydiyyat qaydasını pozmuşdur. Məhkəmə tərəfindən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra hakimiyyəti orqanının nümayəndəsi və inzibati xəta törətmiş Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, inzibati xətanın törədilmə şəraitini, eləcə də məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona silah müsadirə edilməklə, 80 manat məbləğində inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib, 1 ədəd 16 kalibirli, tək lüləli, “ИЖК” modelli, “A-08568” №-li odlu ov silahı müsadirə edilməklə ona 80 manat inzibati cərimə təyin edilsin. İş üzrə inzibati xətanın predmeti olan Ağdaş rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 16 kalibirli, tək lüləli, “ИЖК” modelli, “A-08568” №-li odlu ov silahı dövlət nəfinə müsadirə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar