Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-23/2023 25.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 24 dekabr 2022-ci il tarixdə saat 20:36 radələrində öz təsərrüfatına məxsus olan bir baş iri buynuzlu inək malını yolda nəzarətsiz qoyduğuna görə inək malı Bakı - Qazax yolunun 265-ci km-də yolun X5 məxsus “Mersedes Vito” markalı 99EN957 dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış, nəticədə avtomobil malı vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmasa da, avtomobilə maddi ziyan dəymişdir. Buna görə Vİİİ Tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən X1 barəsində İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə çağırışı göndərilməsinə baxmayaraq inzibati xəta törətmiş şəxs X3 məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, bir baş inək malı Bakı - Qazax yolunun 266-cı kilometrliyində asfalt örtüklü yolun sağ hissəsindən sol hissəsinə keçərkən magistral yolla Qazax istiqamətinə hərəkətdə olan 99EN957 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş X1 izahatından görünür ki, X3 izahatında 24 dekabr 2022-ci il tarixdə özünə məxsus olan bir baş iri buynuzlu malı sahəyə otlamağa ötürdüyünü, axşam günün qaranlıq vaxtı, saat 19:20 radələrində malını gətirmək üçün sahəyə getdiyini, sonra malını axtarmağa başladığını, nəzarətsiz qalmış malının Bakı - Qazax yolunun 266-cı kilometrliyində yolun asfalt beton hissəsinə çıxaraq həmin yolda hərəkətdə olan “Mersedes Vito” markalı 99EN957 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxdığını, nəticədə yol-nəqliyyat hadisəsinin baş verdiyini, həmin gün işi olduğu üçün nəzarəti yoldaşının etdiyini, o da malı gətirməyə gecikdiyi üçün həmin hadisənin baş verdiyini, həmin hadisədə özünü təqsirli bildiyini bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş X4 izahatından görünür ki, X7 izahatında 24 dekabr 2022-ci il tarixdə saat 19:20 radələrində özünə məxsus olan “Mersedes Vito” markalı 99EN957 dövlət qeydiyyat nişanlı avtomobillə Bakıdan Tovuz rayonuna gedən zaman Bakı - Qazax yolunun 266-cı kilometrliyində yolun kənarından qəfildən bir baş iri buynuzlu inək malının qarşısına çıxdığını və hadisənin baş verdiyini, hadisə baş verərkən avtomobildə beş nəfərin olduğunu və heç birinin heç bir xəsarət almadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş X2 şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, onun barəsində maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1967-ci ildə Ağdaş rayonunun Əmirarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 80 (səksən) manat məbləğdə inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-23/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-23/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver