Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-231/2021 03.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 iştirakı ilə Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs 01 iyun 2021-ci il tarixdə saat 16:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində ictimai qaydada pozaraq ictimai yerdə vətəndaşlar X3 və Zərərçəkmiş şəxs uca səslə söyərək təhqir etmişdir. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 izah etdi ki, Şəxs 01 iyun 2021-ci il tarixdə saat 16:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində ictimai qaydada pozaraq ictimai yerdə vətəndaşlar X3 və Zərərçəkmiş şəxs uca səslə söyərək təhqir etmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, Ağdaş şəhəri, Maşad küçəsi 21/2-də ailəsi ilə birlikdə yaşadığını, X3 və Zərərçəkmiş şəxs əvvəldən tanıdığını, 01 iyun 2021-ci il tarixdə Ağdaş rayon M.İsayev küçəsində aralarında yaranan anlaşmazlıq nəticəsində mübahisə baş verdiyini, onları söyüb təhqir etmədiyini bildirmişdir. Məhkəmədən törətdiyi əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahahatında, ünvan 1 ünvanında yaşadığını, 01 iyun 2021-ci il tarixdə əvvəllər tanıdığı Şəxs ilə aralarında mübahisə yarandığını, Şəxs onu nalayiq küçə söyüşü ilə təhqir etdiyini bildirmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul etməyi xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahahatında, ünvan 2 ünvanında yaşadığını, 01 iyun 2021-ci il tarixdə əvvəllər tanımadığı, adının sonradan Şəxs olduğunu bildiyi şəxs ilə aralarında mübahisə yarandığını, Şəxs onu nalayiq küçə söyüşü ilə təhqir etdiyini bildirmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul etməyi xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə rəisi, baş leytenantı X5 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanı törətməkdə təqsirlidir və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsində əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xətanın xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.1989-cu il tarixdə Ağdaş rayon, Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş şəhəri, Maşad küçəsi 21/2-də qeydiyyatda olan və yaşayan Şəxs oğu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 03 iyun 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-231/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-231/2021
03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver