Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-232/2021 03.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1959-cu ildə Ağdaş rayonunun Korarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 07.04.2021-ci il tarixdə, saat 19:00 radələrində Korarax kəndində Zərərçəkmiş şəxs döymüş, sağlamlığına zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 21.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, Ağdaş rayon Korarx kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Onlar uzun illərdir ki, danışmırlar. Yaşadığı evin həyətində qonşusu Rövşənə məxsus həyətə bitişik mal tövləsi və həyətləri arasında olan kol-kosdan ibarət çəpəri təmizləyib mişar daşları ilə həmin yerdən dam tikən zaman 07.04.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində qonşusu Zərərçəkmiş şəxsla oğlu onun yaşadığı evin həyətində mübahisə və əlbəyaxa olmuş daha sonra Rövşənlə Vahid əlbəyaxa olaraq Rövşənin həyətinə keçmişlər. O da həmin vaxt yaşadığı evin həyətində olmuşdur. O, Rövşən və Vahidə yaxınlaşana kimi Rövşənin arvadı Aidə Vahid və Rövşəni birbirilərindən ayırmağa çalışırmış ki, aralarında dava-dalaş baş verməsin. O da Rövşənlə oğlu Vahid arasında dava-dalaş uzanmasın deyə onlara yaxınlaşan zaman Rövşənin arvadı Aidə əri Rövşəni ayıraraq öz evlərinə aparmışdır. O da oğlu Vahid Əhmədovu öz yaşadığı evin həyətinə aparmışdır. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Ağdaş rayon Korarx kəndində yaşayır. 07 04.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə və Ağdaş RPŞ-yə ərizə ilə müraciət etmişdir. Vahid və Şəxslar onun qonşusudurlar. Onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. Onlar uzun illərdir ki, bir-biriləri ilə danışmırlar. Onun yaşadığı evin həyətinə bitişik qonşusu Vahid və Şəxslar həyətin kol-kosdan ibarət çəpərini sökərək yerində mal tövləsi tikirmişlər. O da 07.04.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində qonşusu Vahid və Şəxslar yaşadığı evin həyəti arasında olan kol-kosu sökməsi barədə ona demədiyi üçun iradını bildirmiş və çəpəri sökdüyü halda ona deməsini bildirmişdir. Həmin vaxt onların arasında mübahisə yaranmış və onlar öz yaşadığı evin həyətində əlbəyaxa olmuşlar. Həmin vaxt arvadı Aidə onların arasında olan mübahisəyə gəlmiş ki, onları ayırsın. Həmin vaxt onunla Vahid Əhmədov arasında olan mübahisə və əlbəyaxa olan zaman Şəxs kənardan gələrək oğlu Vahidə “öldür onu” deyərək yerdə olan taxta parçasını götürərək onun sağ qol nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Həmin zaman arvadı Aidə onu Vahiddən ayıran zaman Şəxs öz yaşadıqları ev istiqamətinə qaçaraq “verin silahı bunu öldürəcəm” deyərək yanlarından qaçaraq silah götürməyə getmişdir. O da həmin vaxt öz yaşadığı evə tərəf qaçmış ki, Şəxs silahla onu vurmasın. Amma heç kimin əlində odlu silah görməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, 07.04.2021-ci il tarixdə Ağdaş rayonu Korarx kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edərək, Azər və Vahidin onu ağac parçası ilə döyməsini, Azərin əlində tüfəngi onun üzərinə çəkməsi barədə məlumat vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs həmin tarixdə ərizə ilə Ağdaş RPŞ-yə müraciət edərək 07.04.2021-ci il tarixdə təxminən saat 19:00 radələrındə yaşadığı evin həyətində qanşusu Əhmədov Vahidin onunla əlbəyaxa olan zaman Şəxs ağac parçası ilə onu sağ qol nahiyəsindən bir dəfə vuraraq onu döydüyünü və onu sözlə tüfənglə hədələdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 21.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 01 may 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 21 may 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 01 may 2021-ci il tarixdən 21 may 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-232/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-232/2021
03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver