Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-232/2022 16.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 15 aprel 2022-ci il tarixdə Ağdaş rayonu, Abad kəndində yerləşən torpaq sahəsindən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus təxminən 150-200 manat dəyərində dəmir qapını oğurlamışdır. Ağdaş rayon X4 Qrupunun təhqiqatçısı, polis kapitanı X1 12 may 2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işi başlanması rədd edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Ağdaş rayon Polis şöbəsinin İTB-nə göndərilmiş, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə inspektoru, polis leytenantı X2 tərəfindən Şəxs barəsində 16 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bildiyini, Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, Ağdaş rayonunun Abad kəndinin girıəcəyində təxminən 6 ha bələdiyyə mülkiyyətində olan örüş torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin təxminən 6-7 sot hissəsini bələdiyyədən icazə almaqla istifadə etmək istədiyini, hətta həmin torpaq sahəsinin 6-7 sotluq hissəsinə 15.04.2022-ci il tarixdə səhər saatlarında 8 ədəd dirək basdıraraq ayırdığını, lakin bələdiyyənin ona həmin torpaq sahəsindən istifadə etməsinə icazə vermədiyini, bundan sonra 15.04.2022-ci il tarixdə həmin dirəkləri Zərərçəkmiş şəxs oğlunun çıxarıb apardığını öyrəndiyini, Zərərçəkmiş şəxs oğlundan bu barədə soruşduqda yaxşı elədiyini, Asifin hərəkətinə əsəbiləşdiyi üçün 1-2 saat sonra 20 il əvvəl Asif tərəfindən bələdiyyə torpağında qoyulmuş təxminən 4 mert uzunluğunda və 1,20 metr enində olan Asifə məxsus dəmir qapını götürüb aparıb həyətinə qoyduğunu, həmin qapının bu gün də onun həyətində olduğunu, əgər zərərçəkmiş şəxs onun dirəklərini qaytrarsa, o da dəmir qapını zərərçəkmişə qaytaracağını, əks halda qapını qaytarmaq fikrinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs ona məxsus 150-200 manat məbləğində dəmir qapını oğurlayıb aparıb həyətinə qoyduğunu və ona qaytarmaq istəmədiyini, buna görə də Ağdaş rayon Polis şöbəsinə şikayət etdiyini, bu günə qədər də Şəxs onun qapısını qaytarmadığını, Şəxs yalan danışdığını, o, Səmədovun heç bir ağacını, dirəyini götürmədiyini, hazırda şikayətçi olduğunu bildirdi və məhkəmədən onun cəzalandırılması haqqında qərar çıxarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iş üzrə Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, Şəxs barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbsetmənin əvvəli inzibati qaydada saxlanıldığı tarixdən və saatdan, yəni 16 may 2022-ci il tarixdən, saat 17:30-dən hesablanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,114,115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1970-ci ildə Ağdaş rayonunun Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu Abad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 16 may 2022-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-232/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-232/2022
16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver