Məhkəmə qərarları › İş №3(014)-232/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-232/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-232/2024 14.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Mustafayeva Ulduzə Mütdəlif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-1460/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 02 may 2023-cü il tarixdən başalayaraq 1 uşağın saxlanılması üçün hər ay 160 manat alimentin alınaraq Zərərçəkmiş şəxs verilməlidir və Şəxs 1920 manat alimenti üzürsüz səbəbdən ödəmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1460/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs oğlundan 02 may 2023-cü il tarixdən başlayaraq 1 uşağın saxlanılması üçün hər ay 160 manat alimentin alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 19 dekabr 2023-cü il tarixdə icraatına daxil olmuş və həmin tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs bildiriş verilməklə icra sənədində olan tələb və alimenti vaxtı-vaxtında ödəməsi ona izah edilmişdir. Lakin Şəxs icra sənədi üzrə olan alimenti vaxtında və tələb olunan məbləğdə ödəməmişdir, eyni zamanda çağırışlara gəlmədiyindən barəsində dəfələrlə borclunun axtarılması barədə qərar qəbul edilmiş, daha sonra borclunun ölkədən getmək hüququ məhkəmə qərarı ilə borc ödənilib qurtaranadək məhdudlaşdırılmışdır. Şəxs tələb olunan alimenti qərəzli olaraq ödəmir, tələbkar Zərərçəkmiş şəxs isə aliment tələb etməkdə israrlıdır, aliment ödənilmədiyi halda Şəxs həbs olunmasını tələb edir. Şəxs bugünə Zərərçəkmiş şəxs 1920 manat aliment borcu yaranmışdır. Şəxs aliment borcunu ödəməsi tələb olunsa da, borclu 1920 manat borcu üzrsüz səbəbdən ödəmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tələb olunan aliment borcunun ödənilməsinə yönəldiləcək hər hansı əmlakı aşkar edilməmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, maddi imkanı yaxşı deyil. Belə ki, müxtəlif yerlərdə fəhlə işləyir. Uşağı saxlanılması üçün hər ay 160 manat məbləğində aliment ödənilməli olduğu halda o, pul şəklində deyil uşağın ehtiyacları üçün geyim və ərzaq alaraq uşağa vermişdir. Hazırda yaşadığı ünvanda bir həyətdə ayrı-ayrı evlərdə anası, atası və qardaşı ilə yaşayır. İcra şöbəsi tərəfindən ona ünvanlanmış bildirişləri valideynləri tərəfindən qəbul edilmiş, lakin səhlənkarlığı ucbatından heç bir çağırışa gəlməmişdir. Onun qardaşının mobil telefonuna zəng gəldikdən sonra polis əməkdaşları gələrək onun axtarışda olduğunu bildirmiş və onu polis şöbəsinə gətirmişlər. Hazırda yaranmış aliment borcunu ödəmək iqtidarında deyildir. Lakin atası ilə danışmış və on beş gün müddətində yaranmış borcun yarı hissəsini ödəyəcək, qalan borcu isə hər ay alimentlə birlikdə ödəcyəcəkdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq ona köməklik edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs icra məmuru tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1460/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 02 may 2023-cü il tarixdən başlayaraq 25 aprel 2016-cı il təvəllüdlü X1 18 yaşınaçatana qədər saxlanılması üçün hər ay 160 manat məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İşin materiallarında olan 19 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1460/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İşin materiallarında olan Şəxs ünvanlanmış 19 dekabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1460/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi üçün xəbərdarlıq edilmişdir. İşin materiallarında olan 29 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, borclu ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-30/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərardadından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra işi üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1460/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 1ində qeydiyyatda olan və yaşayan cavabdeh Şəxs ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-26/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərardadından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra işi üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1460/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 1ində qeydiyyatda olan və yaşayan cavabdeh Şəxs məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 14 may 2024-cü il tarixdən saat 19:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 14 may 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar