Məhkəmə qərarları › İş №3(014)-234/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-234/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-234/2021 04.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Ağdaş rayon polis şöbəsinin sahə rəisi X5 iştirakı ilə, Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs Eynulla oğlu 23.04.2021-ci il tarixdə saat 01:00 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi Ə.Bayramov küçəsində 76 manat dəyərində telefon kabelini oğurlayaraq İXM-nin 227-ci maddəsinin tələblərini pozmuşdur. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon polis şöbəsinin sahə rəisi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs Eynulla oğlu 23.04.2021-ci il tarixdə saat 01:00 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi Ə.Bayramov küçəsində 76 manat dəyərində telefon kabelini oğurlayaraq İXM-nin 227-ci maddəsinin tələblərini pozmuşdur. Daxil olmuş müraciət 26 may 2021-ci il tarixdə Ağdaş RPŞ-də HK-1/475 saylı nömrə ilə qeydə alınaraq icrası Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X10 həvalə edilmişdir. Daxil olmuş müraciət əsasında təhqiqatçı Ruhid Yaqublu tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçı, polis baş leytenantı Ruhid Yaqublu tərəfindən 26 may 2021-ci il tarixdə Azərbaycan Respubilkası CPM-nin 86, 39.1.2, 207, 37.3 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respubilkası İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Aparılmış araşdırma zaman “76 manat dəyərində telefon kabelinin” Ağdaş rayonu, Orta Ləki kəndində yaşayan, Şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında, Ağdaş rayonu Orta Ləki kəndində yaşadığını, heç yerdə işləmədiyini, pula ehtiyacı olduğunu, özünün də buna görə 23.04.2021-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi Ə.Bayramov küçəsi ərazinin telefon xətti kabellərini oğurlamağa qərarına gəldiyini, saat təxminən 23 radələrində həmin əraziyə gedib, telefon xətti kabellərini əlindəki kəsici alətlə kəsərək oğurladığını, daha sonra elə həmin vaxt yoldan keçən tanımadığı adamla rastlaşdığını və ona 10(on) manat pula satdığını, Ağdaş rayonu Ləki qəsəbəsi Ə.Bayramov küçəsi ərazisində olan telefon xətti üçün kabelləri özünün 23.04.2021-ci il tarixdə saat təxminən 23 radələrində oğurladığını, oğurladığı Ağdaş rayonu Ləki qəsəbəsi Ə.Bayramov küçəsi ərazisində olan telefon xətti üçün kabelləri 23.04.2021-ci il tarixdə Ağdaş rayonu Orta Ləki kəndində yoldan keçən tanımadığı adama satdığını bildirmişdir. Məhkəmədən inzibati xətanı törədən şəxs Şəxs əməlindən səmimi peşmançılığını, vurulmuş ziyanı ödəməsini nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında, 24.04.2021-ci il tarixdə səhər təxminən saat 08 radələrində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, ‘Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 rəisi vəzifəsində çalışan Osmanov Azər Biloal oğlunun istifadəsində ollan mobil telefonuna tanımadığı vətəndaşın zəng edərək, telefonda ona “mən Ağdaş rayonu Ləki qəsəbə sakiniyəm, yaşadığım ərazidə telefonlar işləmir, deyəsən kabelləri kimsə kəsib aparıb” deyə söylədiyini, X6 həmin əraziyə nəzarət edən Məcnun adlı işçisinə ora gedib baxmağı tapşırdığını, Məcnun adlı işçinin təxminən 1 saat sonra zəng edərək “Ağdaş rayonu Ləki qəsəbəsi Ə.Bayramov küçəsində ərazinin telefon xətti kabellər kəsilərək oğurlanıb” deyə söylədiyini, buna görə də X9 Ağdaş RPŞnə ərizə ilə müraciət etmək qərarına gəldiyini, həmin telefon xətti üçün olan kabellərin həmin ərazidən 23.04.2021-ci il tarixdən 24.04.2021-ci il tarixə keçən gecə saat təxminən 03:15 radələrində oğurlandığını, kabellərin istimar müddətini dəqiq bilmədiyini, həmin telefon xətti üçün olan kabellərin həmin əraziyə təxminən 40-45 il əvvəli çəkildiyini, kabellərin TPP 20x2-170 metr, TPP 50x2-120 metr olduğunu, kabellərin oğurlanması nəticəsində onlara nə qədər maddi ziyanın dəyməsini bilmədiyini, boş dayanma nəticəsində şirkətə nə qədər maddi ziyanın dəyməsini bilmədiyini bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Ərzaq və X3 tədqiqat şöbəsinin 18 may 2021-ci il tarixli 9/3027 saylı rəyindən görünür ki, eskpertiza təyini haqqında qərarda göstərilən TPP 20x2 markalı və TPP 50x2 markalı naqillərin 30-40 il istismarda olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 76,00 manat müəyyən edilir. -170 metr TPP 20x2 markalı naqil-34,00 (170 metr x 0,20 man) manat -120metr TPP 50x2 markalı naqil-42,00 (120 metr x 0,35 man) manat İş materiallarında olan 04 iyun 2021-ci il tarixli, ********* nömrəli ödəniş qəbzindən görünür ki, Şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, ‘Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 dəymiş 76 manat ziyanı ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Ağdaş rayon polis şöbəsinin sahə rəisi X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakteri nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşmançılığını inzibati xətanı yüngüllüəşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini ağırlaşdırıcı hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi, iş üzrə icraat aparılan şəxsin əməlində ağırlaşdırıcı halların müəyyən edilməsi, həmçinin işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada ictimai işlər tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1998-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayon, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 160 (yüz altmış) saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar