Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-235/2021 04.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Ağdaş rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-940/2020 saylı 21.07.2020-ci il tarixli icra vərəqəsinə əsasən Qədirov X5 Aynur Mirməmməd qızına 1590 manat aliment borcu ödənilməlidir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 tərəfindən Şəxs barəsində 04 iyun 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-940/2020 saylı 21.07.2020-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon İcra Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Ağdaş rayon İcra Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan 1590 AZN aliment borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu tərəfindən tələbkara olan borc ödənilməmişdir. İcra hərəkətlərinin həyata keçirilməsi üçün bütün qanuni tədbirlər görülmüş, lakin borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izah etdi ki, Ağdaş rayon məhkəməsinin 2(014)-940 saylı 21.07.2020-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon məhkəməsinin 10.08.2017-ci il tarixli 2(014)-2094 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmışdır. Hal-hazıda 1590 AZN aliment borcu yaranıb, borcunu ödəməyə maddi imkanı yoxdur. Əməlindən səmimi olaraq peşmandır. Barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları X6»nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X3, inzibati xəta törədən Şəxs izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi və ağırladırıcı hallarının isə olmamasını, nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Şəxs qeyd edilən inzibati xətanı törətməkdə təqsirlidir, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini, işin faktiki hallarını, inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin əməlində məsuliyyətini ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşmançılığını yüngülləşdiriçi hall kimi nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxx 1974-cü il tarixdə Ağdaş rayon, Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayon, Qolqəti kəndində yaşayan, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli 04 iyun 2021-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-235/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-235/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver