Məhkəmə qərarları › İş №3(014)-236/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-236/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-236/2021 07.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 iştirakları ilə xx.xx.1995-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 19.05.2021-ci il tarixdə, Ağdaş rayonunun Ləki qəsəbəsində yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs döymüş, sağlamlığına zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 07.06.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, Ağdaş rayonunun Nehrəxəlil kəndində ailəsi ilə birlikdə yaşayır. 19.05.2021-ci il tarixdə küçələrində gedərkən həmin vaxt küçələrində naməlum bir şəxsin həyat yoldaşı və bacısının arxası ilə düşdüyünü görmüşdür. Həmin oğlanın təxminən 15 yaşı olardı. Bir az izlədikdən sonra oğlanın onun bacısının arxası ilə düşdüyünə əmin olmuş və onu öz avtomobilinə mindirib, özünə məxsus avtoyuma məntəqəsinə gətirmişdir. Orada oğlandan nə üçün bacısının arxası ilə düşdüyünü soruşmuş, lakin oğlan ona cavab verə bilməmişdir. Həmin vaxt oğlanın boğazından tutub və ona bir sillə vurmuşdur. Sonradan bilmişdir ki, həmin oğlan Hacıyev Elşənin oğludur. Adı isə Səxavətdir. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Ağdaş rayonunun Nehrəxəlil kəndində ailəsi ilə birlikdə yaşayır. 19.05.2021-ci il tarixdə evlərinə gedirdi. Yol gedərkən küçədə bir nəfər yaşlı qadın onu çağırıb soruşmuşdur ki, telefona zəngli saat qura bilərmi. O da həmin qadının telefonuna baxıb və görmüşdür ki, həmin telefonun menyusu rus dilindədir. Ona demişdir ki, qura bilmir və oradan aralaşan zaman “Qazel” markalı bir avtomobil gəlib onun yanında saxlamış və həmin qadının telefonuna zəngli saat qurmuşdur. O da bir az aralanmışdır ki, həmin “Qazel” onun yanında saxlamış və ona hara gedirsən demişdir. O da demişdir ki, Nehrəxəlilə gedir. Həmin şəxs ona demişdir ki, gəl otur səni aparım. O da demişdir ki, çatır. Lakin həmin şəxs ona israr etmişdir ki, otursun. Buna görə onun avtomobilinə oturmuşdur. Həmin şəxs ona bildirmişdir ki, o, qarşıda gedən qızın arxası ilə gedir. O da demişdir ki, xeyr, onun arxası ilə getmir. Həmin şəxs ona demişdir ki, o, uşaq deyil. O da ona demişdir ki, o da yalan danışmır. Bundan sonra həmin şəxs avtomobili sağa-sola hərəkət etdirərək guya aşıracaqmış kimi edib onu qorxutmağa çalışmışdır. O da ona avtomobili saxlamasını və düşmək istədiyini demişdir. Bundan sonra həmin şəxs avtomobili işlədiyi avtoyuma məntəqəsinin yanına sürmüş və ona demişdir ki, avtomobildən düşsün. O avtomobildən düşmək istəməmişdir. Lakin həmin şəxs onu zorla qolundan tutub avtomobildən düşürmüş və düşən kimi onu döyməyə başlamışdır. Həmin şəxs onu təpiklə və əlləri ilə vurmuşdur. Həmin vaxt avtoyuma məntəqəsindən də bir nəfər düşüb onu qarnından təpiklə vurmuşdu. O sonradan bilmişdir ki, “Qazel” sürən və onu döyən şəxsin adı Vüqardır. Avtoyuma məntəqəsindən çıxan və onu təpiklə vuran şəxsin adını isə bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X4 da Zərərçəkmiş şəxs izahatında göstərdiklərinə uyğun izahat verdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 07.06.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 01 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 07 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 01 iyun 2021-ci il tarixdən 07 iyun 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar