Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-237/2020 27.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Mubariz Nizam oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Ağdaş rayon İcra və Probasiya Şöbəsinin sahə rəisi, polis X3 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, xx xxxxxxx 1972-ci il tarixdəAğdaş rayonu Ləki Qəsəbəsindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, deməsinə görəəvvəllər məhkum olunmamış, Ağdaşrayonu, Ləki Qəsəbəsi, M.Məmmədov küç- 4A da yaşayan Şəxs barəsində AğdaşRayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:30 radələrindəAğdaş rayon Qaradağlı kəndi ərazisində yerləşən kafedə“koronavirus” infeksiyası ilə bağlıölkəüzrə Nazirlər Kabinetinin Operativ Qərargahının müəyyən etdiyi xüsusi karantin qaydalarından kənara çıxarıb epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. Ona görə də onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar aidiyyatıüzrə baxılmasıüçün AğdaşRayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izah etdi ki, Azərbaycan Respublikasıüzrə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyası iləəlaqədar tətbiq olunan sosial izolyasiya tədbirlərini və sosial məsafə ilə bağlı qaydanı pozaraq X2 təşkil etdiyi məclisdə iştirak etmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır, ona görə də məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmişşəxs Ağdaş RPŞ-nin sahə rəisi, polis X8 oğlu inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 23:30 radələrində polis əməkdaşı kimi xidmətdə olan zaman Şəxs Ağdaşşəhərində yeni açılmış kafedə məclis təşkil etmiş, həmçinin maskasız vəəlcəksiz görüb ona “Koronavirus” pandemiyası ilə bağlı müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarını pozduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. İş materiallarına əlavə edilmiş protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı, şahid ifadəsi və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinəəsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinəəsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinəəsasən inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, əməlində ağırlaşdırıcı halın olmamasını, inzibati xətanı törətmişşəxsin əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. Yuxarıda sadalanan qanunvericliyin maddələrinəəsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 100 (yüz) manat inzibati cərimə edilsin. Qərarın icrasıAğdaşRayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəAğdaşRayon Məhkəməsi vasitəsi iləŞəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin Hakimi: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-237/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-237/2020
27.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver