Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-238/2020 27.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş Rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 211-ci və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq xx xxxxxx 1979-cu il tarixdə Ağdaş rayon, Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Şəxs barəsində Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:30 radələrində Ağdaş rayonu, Qaradağlı kəndində yeni açılan kafedə təşkil edilmiş məclisdə meyxana deyərək “koronavirus” infeksiyası ilə bağlı ölkə üzrə Nazirlər Kabinetinin Operativ Qərargahının müəyyən etdiyi xüsusi karantin qaydalarından kənara çıxarıb epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərini pozmuş, polisin qanuni tələblərinə tabe olmamışdır. Ona görə də onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535.1-ci maddələri ilə inzibati protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 23:30 radələrində Ağdaş rayonu, Qaradağlı kəndində yeni açılan kafedə təşkil edilmiş məclisdə meyxana deyərək “koronavirus” infeksiyası ilə bağlı ölkə üzrə Nazirlər Kabinetinin Operativ Qərargahının müəyyən etdiyi xüsusi karantin qaydalarından kənara çıxarıb epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. Lakin o, polisin qanuni tələblərinə olmuş, bütün göstərişlərinə əməl etmişdir. Polis əməkdaşları onu polis idarəsinə aparmaq isətmişlər. O, isə əvvəlcə etiraz etsə də sonra onlarla birlikdə polis idarəsinə getmişdir. Hadisə günü az miqdarda spirtli içki qəbul etmişdir. Lakin polis əməkdaşlarına müqavimət göstərməmiş və hər hansı səs-küy salmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirərək, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Ağdaş RPŞ-nin sahə rəisi polis leytenantı X3 oğlu inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələri ilə xx xxxx 2020-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 119/2020 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından məlum olur ki, Şəxs xx.xx.2020-ci il tarixə müayinə edilmiş və orta dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Lakin Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs barəsində İXM-in 535.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə inzibati xəta haqqında protokol tərtib olunsa da məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 535.1-cu maddəsində nəzərdə tutulmuş inzibati xətasının tərkib əlamətləri olmadığından bu maddə ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, maddənin sanksiyasında da göstərildiyi kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Protokola əlavə edilmiş Ağdaş Rayon Polis şöbəsinin PPXT-nin polis nəfəri, polis serjantı İlahi Muxtarov tərəfindən tərtib edilmiş raportda Şəxs AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsi göstərilsə də, həmin faktı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda hadisənin şahidləri barədə heç bir qeyd edilməmiş, bundan başqa şahid qismində ifadə vermək üçün heç bir şəxs məhkəməyə gətirilməmişdir. Hadisə həqiqətən baş vermiş olsaydı, polis əməkdaşlarından başqa ətrafda olan digər şəxslər bu hadisənin şahidi olmalı idilər. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək digər tərəfin üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs karantin rejimi qaydalarına əməl etməməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün qismən etirafedici izahatı, barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi olaraq peşman olmasını məhkəmə inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən inzibati xətanın sərxoş vəziyyətdə törədilməsi məhkəmə tərəfindən məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, səmimi peşmançılığını yüngülləşdirici hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə inzibati məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 110 (yüz on) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-238/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-238/2020
27.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver