Məhkəmə qərarları › İş №3(014)-238/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-238/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-238/2024 16.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ağdaş rayon Tofiqi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 29 fevral 2024-cü il tarixdə günorta saatlarında Ağdaş şəhər M.İsayev küçəsində yaşayan Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 məhkəmə iclasında bildirdi ki, Şəxs 29 fevral 2024-cü il tarixdə günorta saatlarında Ağdaş şəhər M.İsayev küçəsində yaşayan Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun qohumudur, onunla aralarında heç bir ədavət yoxdur. Əvvəllər onların Rövşanəyə 700 (yeddi yüz) manat borcu olmuş və həmin borcdan 500 (beş yüz) manatını qaytarmışlar. 02 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək ondan niyə borcu qaytarmadığını soruşmuş, o, yaxın müddətə qaytaracağını demiş, sonuncu onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, Rövşanəni döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Lakin hazırda aralarında heç bir mübahisə yoxdur, barışmışlar, barəsində olan icraata xitam verilməsini xahiş edir. Daha sonra Şəxs bu barədə məhkəməyə ərizə təqdim etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun qohumudur. Onunla əvvəllər aralarında heç-bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Cəmilə gilə borc vermiş, borcunu istədikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Cəmilə onu itələmiş, o, divara dəyərək xəsarət almışdır. Məhkəmənin barışıq təklifini qəbul edir, Şəxs ilə barışır, ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş edir. Daha sonra zərərçəkmiş şəxs X2 barəsində inzibati icraat aparılan şəxs X5 ilə barışması barədə məhkəməyə ərizə təqdim edir. Daha sonra zərərçəkmiş şəxs X4 barəsində inzibati icraat aparılan şəxs X7 ilə barışması barədə məhkəməyə ərizə təqdim edir. Daha sonra Zərərçəkmiş şəxs barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışması barədə məhkəməyə ərizə təqdim edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 6 may 2024-cü il tarixli 203 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – sol kürəkaltı nahiyədə 2,0*1,0 sm ölçüdə, göyümtül-bənövşəyi rəngli, qeyri-müəyyən formalı qançır vardır, başqa xəsarət aşkar olunmadı. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 16 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan DİN-nin inzabati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından görünür ki, Şəxs əvvəllər inzibati xəta törətməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs, törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9cu maddəsinə əsasən xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar