Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-24/2023 25.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, xx.xx.1993-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş şəhəri İ.Qaradağlı küçəsi 7/14 qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin DYPİ-dən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala 25 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 15 noyabr 2022-ci il tarixli, İXP5037222 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə tərtib edilmiş 06 iyul 2022-ci il tarixli, İXP4738403 nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə tərtib edilmiş 06 iyul 2022-ci il tarixli, TP5114717 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 40 manat inzibati qaydada cərimə edilmiş, həmin qərarlar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət kecməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfindən “Asan Pey” ödəniş sistemi vasitəsi ilə TP5114717 nömrəli inzibati tənbeh vermə haqqında qərar yoxlanılarkən müəyyən edilmişdir ki, həmin inzibati cərimə və dəbbə pulu ödənilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq, Azərbaycan Respublikası DİN Ağdaş rayon Polis Şöbəsin tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 15 noyabr 2022-ci il tarixli, İXP5037222 nömrəli inzibati təhbeh vermə haqqında qərar üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cəriməni ödədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin DYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 15 noyabr 2022-ci il tarixli, İXP5037222 nömrəli inzibati xəta haqqında protokolu üzrə Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-24/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-24/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver