Məhkəmə qərarları › İş №3(014)-240/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-240/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-240/2024 17.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 iştirakları ilə xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X3 xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Səma”şadlıq sarayının yanında vuraraq sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X2 14 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə X1 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 17 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında İİ Vətən müharibəsi iştirakçısı olduğunu, “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildiyini, həmçinin müharibədə yaralanaraq ağır eşitmə diaqnozu ilə əlil olduğunu, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Ağdaş şəhərində yerləşən “Səma” şadlıq sarayında toyunun olduğunu, bu zaman orada nəzarətçi olan şəxsin ondan şirinlik istədiini, onun da üzərində pul olamdığı üçün həmin şəxsə verə bilmədiyini, bu zaman əşəbləşərək Zərərçəkmiş şəxs vurduğunu bildirdi. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, buna görə də icraata xitam verməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə2 izahatında Zərərçəkmiş şəxs həyat yoldaşı olduğunu, X3 xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Ağdaş şəhərində yerləşən “Səma” şadlıq sarayında əri Zərərçəkmiş şəxs vuraraq sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirdiyini,ərinin hadisədən bir neçə gün sonra öldüyünü, hazırda X3 ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında X3 xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Səma”şadlıq sarayının yanında vuraraq sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirdiyini, bununla da X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini, onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 17 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, X6 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar