Məhkəmə qərarları › İş №3(014)-241/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-241/2020

27.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-241/2020 27.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Ağdaş Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Ağdaş Rayon Polis şöbəsinin sahə rəisi VMİE leytenantı Vüsal Əliyevin xx.xx.2020ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində Qaradağlı kənd ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğu üçün haqqında elektron qərar qəbul edilmiş, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinmişdir. Qərardan narazı qalan Şəxs şikayət verərək, xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o Ağdaş Rayon Polis şöbəsinin sahə rəisi VMİE leytetnantı Vüsal Əliyev tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərərək cərimə edilmişdir. Protokol və qərarla razı deyil. Belə ki, o xx.xx.2020-ci il tarixdə Ağdaş rayon, Qaradğlı kənd ərazisində yerləşən kafedə oturub 20-30 nəfərlik kafenin yeni açılmağı ilə bağlı açılış məclisi keçirirlərmiş. Qəfildən içəri daxil olan polis əməkdaşlarının onlara operativ qərargah yanında karantin rejimi qaydalrının tələblərini pozduğunu dedilər. Haxırda əməlindən səmimi olaraq peşmandır. Bir də belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraata aparılan şəxs – şikayətçi Şəxs şikayətin məzmununa uyğun izahat verərək barəsində tətbiq olunmuş inzibati cərimə barədə qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzbati xəta haqqında icraat aparılan şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından da görünür ki, Şəxs yeni kafenin açılış məclisində iştirak edərək karantin rejimi qaydalarını pozmuş, qeyd edilən əməli qəsdən törətməmişdir. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. AR İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; AR İXM-nin 131.1-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. AR İXM-nin 134.1-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: AR İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; AR İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; AR İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan əməli qəsdən törətmədiyindən, müddətin ötürülməsi onun iradəsi xaricində olduğundan inzibati cərimə tətbiq edilməsinə dair Ağdaş Rayon Polis şöbəsinin sahə rəisi, VMİE leytenantı Vüsal Əliyevin xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli elektron qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.0, 53.0.2, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Şəxs Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh tətbiq edilməsinə dair Ağdaş Rayon Polis Şöbəsinin sahə rəisi VMİE leytenantı Vüsal Əliyevin xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Şəxs tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilsin. Ağdaş Rayon Polis Şöbəsinin sahə rəisi VMİE leytenantı Əliyev Vüsalın xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar