Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-241/2021 11.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X5 və Ağdaş RPŞ-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mingəçevir şəhər Günəşli küçəsi 1-də yaşayan X7 məxsus 293 manat pulu Şəxs oğurlaması ilə bağlı yetərli qədər əsaslar müəyyən edilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 14.08.2020-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin 10 avqust 2020-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 30.07.2020-ci il tarixdə Mingəçevir şəhəri Günəşli küç-1, döngə-2 də yaşayan X3.Res.DİN-in 102 xidmətinə zəng edərək Ağdaş şəhəri Azərbaycan küçəsində işlədiyi yerin qarşısında saxladığı Mersedes-Vita markalı **-XX-*** dövlət qeydiyyat nişanlı maşının pəncərəsinin yarı açıq qalmasından istifadə edilərək maşında olan kitabın içərisindəki 293 manat pulunun oğurlanmasını bildirmişdir. X8 həmin tarixdə Ağdaş RPŞ-nə müraciət edərək özünə məxsus avtomobilin içərəsində olan qeydiyat kitabçasının arasından 293 manat pulunun oğurlanmasını bildirmişdir. Oğurlanmış predmetlərin dəyəri Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkibini yaratmadığından, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, X6 əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi əlaməti olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında Ağdaş RPŞ-nin sahə rəisi, polis baş leytenantı X11 izah etdi ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər Günəşli küçəsi 1-də yaşayan X7 məxsus 293 manat pulu Şəxs oğurlaması ilə bağlı yetərli qədər əsaslar müəyyən edilmişdir. Ağdaş RPŞ-nin TB-in təhqiqatçısı, polis kapitanı X2 10 avqust 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Şəxs izahatında, törətdiyi əməldən səmimi peşmamçılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında, məhkəmə iclasında ona dəymiş ziyan ödənildiyini və Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Ağdaş RPŞ-nin sahə rəisi, polis baş leytenantı X1 izahatlarını dinləyərək hesab edir ki, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanı törətməkdə təqsirlidir, lakin aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 39.2, 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-241/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-241/2021
11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver