Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-242/2024 20.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1997-ci ildə Ağdaş rayonu, Ağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağdaş Rayon Məhkəməsinin e-2(014)-281/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra sənədinə əsasən cəmi 3145,95 manat aliment borcunu ödəməkdən imtina etmiş, beləliklə icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 20 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-281/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3095 manat pulun və 50,95 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı Zərərçəkmiş şəxs, 50 manat pulun isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İcra sənədi Ağdaş rayon İcra və Probasiya şöbəsinə 23 oktyabr 2023-cü il tarixdə daxil olmuş, tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə bildiriş göndərilmişdir. Borclu Şəxs 30 yanvar 2024-cü il tarixdə İcra şöbəsinə yaxınlaşmış, izahatı alınmış və izahatında borcunu iki ay müddətində ödəyəcəyini bildirmişdir. Bundan sonra Şəxs tərəfindən borc ödənilmədiyindən və çağırışlara gəlmədiyindən barəsində 30 aprel 2024-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmiş və həmin qərar icra edilməsi üçün Ağdaş rayon Polis şöbəsinə göndərilmişdir. Polis şöbəsinin əməkdaşları tərəfindən Şəxsla telefon vasitəsi ilə əlaqə saxlanılmış və İcra şöbəsinə gəlməli olduğu ona bildirilmişdir. Bundan sonra Şəxs İcra şöbəsinə gəlmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxslə telefon vasitəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və pulunun alınaraq ona verilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 cavablandıraraq bildirdi ki, aldığı məlumata görə tərəflərin polis şöbəsində işləri araşdırılarkən Şəxs Zərərçəkmiş şəxs sözügedən borcdan 2800 manat verəcəyini bildirmiş, lakin Zərərçəkmiş şəxs pulunu tam şəkildə tələb edərək həmin məbləğdən imtina etmiş və Tərzan Lətifzadə isə həmin pulu xərcləmişdir. Lakin İcrar şöbəsində Şəxs tərəfindən Zərərçəkmiş şəxs borcun ödənilməsi ilə bağlı hər hansı bir təklif edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 30 yanvar 2024-cü ilə qədər onun borc öhdəliyinin olmasından xəbəri olmamışdır. Belə ki, icra şöbəsinə gəldikdən sonra barəsində məhkəmə qətnaməsinin çıxarıldığını öyrənmiş və izahat yazmışdır. İcra şöbəsindən getdikdən sonra, yəni 2024-cü ilin yanvar ayında əməliyyat olunmuş və mütəmadi müalicə aldığından icra məmurunun çağırışlarına gələ bilməmişdir. Daha sonra polis şöbəsində araşdırma aparılarkən Zərərçəkmiş şəxs borcundan 2800 manat ödəniş edə biləcəyini bildirmiş, lakin Zərərçəkmiş şəxs onunla razılaşmadığından həmin məbləğ ilə digər borclarını ödəmişdir. Borcun ödənilməsindən imtina etmir və hazırda borcu ödəmək iqtidarında deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sualları cavablandıraraq bildirdi ki, məhkəməyədək borcu ödəmək üçün hər hansı bir addım atmamış, Zərərçəkmiş şəxs ilə borcun hissə-hissə ödənilməsinə dair razılıq əldə etməmişdir. Hazırda heç bir ödəniş edə bilməyəcək, lakin ona vaxt verilsə 400 manat məbləğində ödəniş edə bilər. Odur ki, səhhətini və maddi imkanı nəzərə alınaraq borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, o cümlədən məhkəmə iclasının təxirə salınmasına dair müraciəti məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Məhkəməsinin 2(014)-281/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 3095 (üç min doxsan beş) manat məbləğində dəymiş ziyan və 50,95 (əlli manat, doxsan beş qəpik) manat ödənilmiş dövlər rüsumunun əvəzinin alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın cavabdeh Şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 23 oktyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, həmin tarixdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-281/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclu Şəxs 30 yanvar 2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsində vermiş olduğu izahatında bildirmişdir ki, onun qərardan xəbəri olmayıb, polis əməkdaşları onu İcra şöbəsinə gətirərkən məlumatı olmuşdur. Borcu ödəməkdən boyun qaçırmır. Məhkəmə qərarına hörmətlə yanaşır. İcra etmədiyi halda məsuliyyətini dərk edir və borcunu iki ay müddətində ödəyəcəkdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 30 aprel 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu xx xxx 1997-ci il təvəllüdlü Ağdaş şəhəri, Xətai küçəsi 33 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Ağdaş rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Şəxs 20 may 2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsində vermiş olduğu izahatında bildirmişdir ki, aylıq gəliri az olduğu və heç bir yerdən dəstəyi olmadığından aylıq ödənişlərə bölünməyi üçün məhkəməni özünə dəstək görmüşdür. Ağdaş Rayon Məhkəməsinin 8(014)-384/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qərardadın surətindən görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun borclu Şəxs məcburi gətirilməsi barədə təqdimatı təmin oluanaraq, Ağdaş Rayon Məhkəməsinin 2(014)-281/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra sənədi üzrə Ağdaş şəhəri, Xətai küçəsi 33 ünvanında qeydiyyatda olan borclu Şəxs məcburi qaydada Ağdaş rayon icra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - iziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, xx.xx.1997-ci il). Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-281/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini nəzərə alaraq inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə,törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilməli, həbs müddətinin əvvəli 20 may 2024-cü il tarixdən, saat 14:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Şəxs məhkəməiclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 20 may 2024-cü il tarixdən saat 14:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(014)-242/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-242/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver