Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-243/2024 03.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs, Müdafiəçi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1976-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, hazırda heç yerdə işləməyən, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra rəisi X5 izahat verərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-76/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 63000 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin borclu öhdəliklərini vaxtında icra etməmiş və hazırda ödənilməmiş 58000 manata yaxın borcu var. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, işsiz olduğundan Zərərçəkmiş şəxs olan borcunu tam ödəyə bilməmişdir. Tələbkara 2023-cü ilin sentyabr ayında 200 manat ödəniş etməyə başlayaraq bundan sonra hər ay 200 manat ödəniş etmişdir. Əlavə olaraq Ağdaş rayonunun İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 6/01 saylı qərarı ilə Ağdaş rayonu, Pirəzə kəndində yerləşən 1,07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0,2675 ha hissəsi hərraca çıxarılaraq satılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs 1000 manat ödəniş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli qərarından sonra Zərərçəkmiş şəxs kartına 960 manat pul göndərmişdir. Yevlax Rayon Məhkəməsinin digər qətnaməsi ilə hazırkı iş üzə tələbkar Zərərçəkmiş şəxs 1000 manat pulun ona verilməsi qət edilmişdir. Tərəflər arasında olan razılığa əsasən həmin qətnamənin icrası hazırkı işin icrasına yönəldilmişdir. O, avqust ayında isə bankdan 10 min manat, işlədiyi evin sahibindən 5 min manat götürüb Məleykəyə verməyə, ilin sonuna qədər isə məbləği tamamilə ödəməyə söz verir. Bundan başqa, ərinin də adına torpaq sahəsi var. Həmin torpağı da 1000 manatın əvəzində tələbkara təklif etsə də, Məleykə qəbul etmir, pulunun hamısını istəyir. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur. Oğlu İİ Qarabağ Müharibəsi qazisidir, Azərbaycan Respublikası Prezidentinin “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə” medalları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş, müharibədən sonra səhhətində ciddi problemlər yaranmış, dəfələrlə özünə xəsarət yetirmiş, oğluna ondan başqa qulluq edən şəxs yoxdur. O, Vətən Müharibəsi qazisinə qulluq edən anadır, onun qazi övladının qarşısında həbs olunması övladının səhhətinin daha da ağırlaşması ilə nəticələnə bilər. Buna görə də barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-76/2022 saylı icra sənədinə əsasən Şəxs 63000 manat pulu ona hər ay dəfələrlə zəng etdikdən sonra 200 manat ödəyir. Səidə onun pulunu ödəməkdən yayınır. O, məhkəməyə teleqram vurub Səidənin həbs olunmasını istəmiş, lakin X2 iştirak edən və müxtəlif medallarla təltif olunan oğlu Rəvanın xatirinə onun həbs olunmasına razı deyil, buna baxmayaraq o, pulun hamısını ödəməsini Səidədən tələb edir, hissə-hissə ödənilməsini qəbul etmir. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu X4 Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2364 nömrəli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli 2370 nömrəli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” və 25 dekabr 2020-ci il tarixli 2362 nömrəli Sərəncamına əsasən “Fizulinin azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə ********* nömrəli qəbzlə 200 manat, xx.xx.2024-cü il tarixdə ********* nömrəli qəbzlə 100 manat, xx.xx.2024-cü il tarixdə ********* nömrəli qəbzlə 459 manat və son olaraq xx.xx.2024-cü il tarixdə ********* nömrəli qəbzlə 200 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs oğlu Rəvan İbrahimovun Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2364 nömrəli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli 2370 nömrəli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” və 25 dekabr 2020-ci il tarixli 2362 nömrəli Sərəncamına əsasən “Fizulinin azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmaqla Qarabağ Müharibəsi veteranı olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-243/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-243/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver