Məhkəmə qərarları › İş №3(014)-244/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-244/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-244/2021 24.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs A.Yusiflinin, qərarından şikayət verilən Ağdaş rayon Yol Patrul Xidməti Baş İnspektoru polis kapitanı E.Vəliyevin iştirakı ilə, X3 Ağdaş rayon Yol Patrul Xidməti Baş İnspektoru polis kapitanı E.Vəliyev inzibati tənbeh vermə haqqında 01 mart 2021-ci il tarixli, ******* saylı qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında 01 mart 2021-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsini və ödənilmiş pul məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, 16.02.2021 -ci il tarixində VAZ-21099 markalı 55B0699 Dövlət qeydiyyat nişanlı avtomobilini Gəncə şəhər Ə.Hüseynzadə küçəsinə əsas yola giriş edib hərəkətdə olmuşdur. 150-200 metr məsafə gedəndən sonra İİ dərəcəli yola keçid edib, bir az yol gedəndən sonra geri qayıtmışdır. Geri qayıdanda yol Dövlət nişanlarına diqqət edib qadağa qoyulmayan nişanların olmasına əmin olub Ə.Hüseynzadə küçəsinə dönüb avtomobillə hərəkət etmək istəyərkən Yol Patrul Xidməti inspektoru sarışan nişanlarını yandırıb ona saxlama əmrini vermişdir.Yol Patrul Xidməti inspektoru ona yaxınlaşdı və ondan sənədini tələb edib alandan sonra ona bildirdilər ki, Siz sürücü X9 Azərbaycan Respublikasının İnzibati Xətalar. Məcəlləsinin 327-ci maddəsinin 4-cü bəndinin nəzərdə tutulmuş inzibati xətanı törətdiyinizə görə barənizdə protokol tərtib ediləcəkdir. Yol Patrul Xidməti inspektoru polis kapitanı X6 və onunla xidmət edən polis əməkdaşına etirazını bildirmişdir.Yol Hərəkətini nizamlayan nişanların olmamasını və onunla birlikdə mübahisəyə aydınlıq gətirmələrini xahiş etmişdir. Yəni küçəyə daxil olduğu yerə birlikdə gedib baxış keçirilməsini və nişanın olub olmamasına aydınlıq gətirəndən sonra protokolun tərtib edilməsini inspektorlardan xahiş etmişdir. Dediklərini və etirazını qəbul etməyən polis inspektoru ona qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 4-cü bəndini əsas götürüb nəzərdə tutulmuş qaydada İXM ******* saylı protokol tərtib edildi. Evinə qayıdandan sonra Dövlət Qrumlarına şikayət etmişdir. Hadisəylə bağlı ünvanına Dövlət Qrumlarından cavab məktubu daxil olmadığı səbəbindən,yəni şikayətinə baxılmadığını əsas bilib Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 08 iyun 2021-ci il tarixində TP ******* saylı qərarı rəsmi qaydada qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Tənbeh vermə haqqında qərarından narazı olub, şikayəti verərək qərarın qeyri obyektiv və qanunsuz olduğundan baxılmasını və ləğv edilməsini Məhkəmədən xahiş edir. İnzibati Tənbeh vermə haqqında 15.02.2021-ci il tarixli TP ******* saylı qərar həqiqətə uyğun deyil və bu protokolu tərtib edən YPX-n əməkdaşı öz günahını etiraf etməsi və yol hərəkətinə zidd olması işin hallarıyla sübutdur. Yəni qanuna uyğun hərəkət edən inspektor onların qanunu pozmamağını bilsə də onlara qarşı protokol tərtib etməsi düzgün deyildir. Yol hərəkətiylə bağlı İki məqama məhkəmə tərəfindən diqqət edilməlidir.1 - ci fakt. Onlar küçəyə dönərkən yol ayrıcında qadağa haqqında nişan olmamışdır .2- Fakt. X9 qanun pozulmamış və sürücü inspektor tərəfindən qanunu pozmamış dayandırılmışdır, Odur ki, hər bir mübahisəli halda YPX-n əməkdaşı qanuna uyğun olaraq düzgün protokol tərtib etməmişdir. Düzgün tərtib edilməyən protokol məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmənin Hakimi yol qaydalarının necə tətbiq edilməsinə və sürücünün yol ayrıcında dayandırılmasına diqqət etməli və X9 qanun pozuntusunun tərəfindən pozulmamasına gətirib çıxardan məqamları dinləməlidir ki, kimin düzgün olmasına aydınlıq gətirilsin. İnspektorun yol hərəkəti qaydasından anlayışı və məlumatı yoxdursa, onda ekspert- mütəxəssis rəyinin alınmasına və ədalətli qərarın verilməsinə ehtiyacı vardır. Yuxarıda qeyd edilən qanun pozuntusuyla qəbul edilən qərar düzgün deyildir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 4-cü bəndi əsasız olaraq tərtib edilib. Tənbeh verimə haqqında tərtib edilən inzibati xətanı o, törətməmiş və ona qarşı tərtib edilən protokolun qanuni əsası ola bilməz. Onun avtomobil idarə etməyi xəta sayıla bilməz. İnsan və vətəndaş hüquqlarının vəzifə daşıyan və xalqına xidmət edən YPX-n əməkdaşı qanunu pozub və onun haqqında inzibati tənbehetmə protokolu qeyri qanuni yolla tərtib edilmişdir. Qanun pozuntusunun qarşısını məhkəmənin Hakimi ədalət naminə Dövlət tərəfindən təmin etməldir. Polisin vəzifəsi xalqına xidmət etməkdir. Böhtan yoluyla protokol tərtib etmək qanuna zidd əməldir. Məni inzibati məsuliyyətə cəlb etməyə əsas yoxdur. Tərəfindən əhəmiyyətli olan və inzibati tənbehetmə protokolu haqqında iş üzrə verilən izahat və sübutları məhkəmənin Hakimi ədalətin bərpa olunması naminə qiymətləndirilməlidir. Ağdaş rayon məhkəməsinin diqqətinə çatdırmaq istəyir ki, Gəncə şəhər YPX -n inspektoru tərəfindən dəqiq və düzgün qərar verilməmişdir. Belə hesab edir ki, ona qarşı yazılmış inzibati qərar qanunsuzdur. Çünki, o, X9 qanunun maddələrinin tələblərini pozmamışdır. Belə ki, digər avtomobilin baş yolda olmasını qaydalarla sübut edəcək heç bir nişan və təkmilləşdirilmiş yol nişanı yoxdur. Maddələrdən aydın olunur ki, o, X4 riayət etmiş və belə hesab edir ki, həm digər nəqliyyat vasitəsi və İnspektorlar tərəfindən hüquqları kobudcasına pozulmuşdur. Etiraz etsə də belə onu dinləyən olmadı və ona qarşı İnzibati tənbeh etmə haqqında TP ******* N°li qərar qəbul edildi. Qərardan narazı qalıb audiyyəti üzrə şikayət etmiş və haqsızlığı bərpa etmək üşün Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona qarşı yazılmış protokoldan etdiyi şikayətlər “Müraciətlərə haqqında qanunun” müvafiq maddələrinə zidd olaraq şikayəti Polis Şöbəsinə baxılması üçün göndərilmişdir.İnspektor tərəfindən hüquqları faktla bağlı kobudcasına pozulmuş və o, etiraz etsə də belə onu dinləyən olmamışdır və ona qarşı İnzibati qərar qəbul edilmişdir. Belə hesab edir ki, ona qarşı yazılmış inzibati qərar qanunsuzdur. Çünki,o, X9 qanunun 1 saylı əlavənin tələblərini pozmamışdır.Qanunu tələblərinə uyğun olaraq bildirir ki, inspektorun ona şifahi etdiyi izahat və aldığı cavab məktubu onu sübut edir ki, inspektorun Yol hərəkəti təşkilindən xəbəri yoxdur və bu inspektor qanunun-maddələrin tələbini bilmir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, haqsızlığa dözməyib beş dəfə Dövlət qrumlarına aidiyyəti üzrə şikayət etmişdir. Müvafiq Qrumlar tərəfindən şikayətinə düzgün baxılmadı və o, hüququnu qoruya bilmədi və ona bildirdilər ki, Məhkəməyə müraciət etsin. Yuxarıda qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının İnzibati Tənbeh vermə haqqında iş üzrə Qərarı ədalətsiz, qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Prosessual Hüquq normaları ona qarşı düzgün tətbiq edilməmişdir. Bu səbəbdən o, belə hesab edir ki, İnzibati xəta Haqqında qərar ləğv edilməlidir. Şikayət vermiş şəxs X5 məhkəmə iclasında şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onlar getdikləri yolda heç bir nişan olmamışdır. Geri qayıtdıqları yolda da heç bir nişan olmamışdır. Geri qayıdarkən orada təkrarlanan nişanlar yox idi. Qeyd edir ki, o, hərəkət edərkən yolun əks istiqamətli olduğunu bilsə də,yolun kənarında bunu bildirən heç bir təkrarlanan nişan olmamışdır. O,avtomobilini texniki baxışdan keçirmək üçün məcburən 100 manat cəriməni ödəmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Odur ki, inzibati tənbeh vermə haqqında 01 mart 2021-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsini və ödənilmiş pul məbləğinin geri qaytarılmasını xahiş etdi. Qərarından şikayət verilən Ağdaş rayon Yol Patrul Xidməti Baş İnspektoru polis kapitanı Ehtibar Vəliyev məhkəmə iclasında bildirdi ki, X5 həqiqətən yol hərəkəti qaydalarını pozduğu üçün onun barəsində 01 mart 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Bu barədə videoçəkiliş də mövcuddur. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, şikayətə əlavə olunmuş 01 mart 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 16 fevral 2021-ci il tarixdə saat 17:59-da Gəncə şəhəri,Ə.Hüseynzadə döngə 2,1 GPS:40.6783652, 46.3655026 ərazidə VAZ 21099 MİNİK markalı 55BO699 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə nəticəsində İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Odur ki, barəsində 100 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İşə əlavə olunmuş İXP ******* İnzibati Xəta haqqında Protokoldan görünür ki, X5 16 fevral 2021-ci il tarixdə saat 17:59-da İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. X1 hazırkı şikayətində barəsində qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Əksinə X1 məhkəmə zamanı verdiyi ifadəsində hərəkətdə olduğu yolun əks istiqamətdə olduğunu bilsə də, yol kənarında təkrarlanan yol nişanlarının olmamasına görə hərəkətini davam etdirdiyini bildirmişdir. Həmçinin, qərarından şikayət verilən E.Vəliyevin təqdim etdiyi diskə baxış keçirilərkən X5 tərəfindən yol hərəkəti qaydalarının pozulması açıq-aşkar görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrnə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarların ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir,odur ki, şikayət təmin edilməməlidir. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilməsin. Ağdaş rayon Yol Patrul Xidməti Baş İnspektoru polis kapitanı X2 inzibati tənbeh vermə haqqında 01 mart 2021-ci il tarixli, ******* saylı qərarı dəişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar