Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-245/2022 01.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı Şahid iştirakı ilə xx.xx.1981-ci il tarixdə Ağdaş rayonu Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş rayonu Ləki qəsəbəsi M.Məmmədov küçəsi 2 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etd: Şəxs 18 may 2022-ci il tarixdə Ağdaş şəhərində ərazisində narkotik vasitə qəbul edərək avtomobil idarə etdiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı Şahid izah etdi ki, 18 may 2022-ci il tarixdə Şəxs **-BK-*** dövlət qeydiyyat nişanlı, VAZ 21013 markalı avtomobillə Ağdaş şəhəri Heydər Əliyev prospektində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə idarə etdiyi avtomobil saxlanıldı. Sürücü özünü şübhəli apardığından onun narkotik vasitə qəbulunda şübhə yarandığı üçün “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılması və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilməsi barədə” protokol tərtib edildikdən sonra müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Narkoloji Dispanserinə aparıldı, orada həkim narkoloqun müayinəsi zamanı sürücünün narkotik vasitə təsiri altında olduğu müəyyən edildi. Daha sonra sürücü Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol sürücü tərəfindən imza edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bir neçə gün əvvəl narkotik vasitədən istifadə etdiyini, 18 may 2022-ci il tarixdə Ağdaş şəhəri Heydər Əliyev prospektində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Ağdaş RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları ona saxla işarəsi verdiyini, daha sonra onu Mingəçevir şəhər Narkoloji Dispanserinə apardıqlarını, müayinə zamanı onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Narkoloji Dispanserinin 18 may 2022-ci il tarixli 627 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktınından görünür ki, Şəxs narkotik sərxoşluq vəziyyəti vardır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırladıran hallarının olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, ona 07 (yeddi) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırması tənbeh növü təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə Yevlax RQİ və TBŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-245/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-245/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver