Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-246/2020 30.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmişşəxs Zərərçəkmiş şəxs qzının İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxx 2020-ci il tarixdə saat təxminən 14:00 radələrində Ağdaş rayon Yenicə kənd sakini Şəxs qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlib, onu yumruqla sinə nahiyəsindən vuraraq sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonu Yenicə kəndində yaşayan X4 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Yusif adlışəxsin onun arvadı Ayseli vəəmisi oğlu sahili döyməsini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Yenicə kəndində yaşayan Zərərçəkmiş şəxs Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək qonşusu Yusif Günəşov tərəfindən döyülməsi barədə məlumat vermiş və Yusif barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Ağdaş rayonu Yenicə kəndində yaşayan X1 Azərbaycan Respublikası DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis mayoru X6 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 14:00 radələrində Ağdaş rayon Yenicə kənd sakini Şəxs qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlib onun sinə hissəsindən yumruqla vuraraq sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs oğlu izah etdi ki, Zərərçəkmiş şəxs onun qonşusu olmasını, əvvəllər aralarında heç bir mübahisə olmadığını, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində onun Ağdaş rayonu, Yenicə kəndində Zərərçəkmiş şəxs yaşadığı evinə getdiyini, həyətdən İlkini səslədiyini, səsinə Ayselin evdən çıxdığını, onun Ayselə “sizə niyə mənə məxsus olan sahədə pres bağlatdırmısınız?” deyə söylədiyini, Ayselin isə ona nalayiq ifadələr işlətməyə başladığını, Ayseldən sakit olmasınıı tələb etdiyini, lakin Ayselin onu dinləmədiyini və onu uca səslə təhqir etdiyini , Ayselə heçnə demədiyini və çıxıb getdiyini bildirmişdir.Həmçinin Şəxs izahatında qonşusu Aysel ilə aralarında mübahisənin dava-dalaşın xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu, Yenicə kəndində yerləşən Ayselin yaşadığı evin həyətində baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, Ayseli vurmadığını, Ayselin onu vurmadığını, Ayselin ona nalayiq ifadələr işlətdiyini, lakin Ayselə nalayiq ifadələr işlətmədiyini, orada Ayseldən və ondan başqa heç kimin olmadığını, səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmişşəxs Zərərçəkmiş şəxs izah etdi ki, Şəxs onun qonşusu olmasını, əvvəllər də aralarında mübahisənin olmasını, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində onun Ağdaş rayonu, Yenicə kəndində yerləşən yaşadığı evdə olduğu zaman, həyətdən Yusibin səsini eşitdiyini, həyətə düşüb Yusibin əlindəki alışqan ilə ona məxsus olan otu yandırmaq istədiyini gördüyünü, onun Yusibə otu yandırmağa imkan vermədiyini, Yusibin əlləri ilə onun boğaz nahiyəsindən tutmasını, onu itələmək istədiyini, Yusibin əli ilə onun üz nahiyəsindən iki dəfə şillə vurmasını, Yusibin yenidən otu yandırmaq istədiyini, onun Yusibin yanına qaçdığını, Yusibin isə onu sinə nahiyəsindən vurduğunu, ona nalayiq ifadələr işlətdiyini, daha sonra çıxıb getdiyini, Yusibin həmin vaxt sərxoş olmasını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında Yusib ilə aralarındakı dava-dalaşın xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu, Yenicə kəndində yerləşən yaşadığı evin həyətində baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, Yusibin onun üz nahiyəsindən iki dəfəşillə vurmasını, yumruqla isə onun sinə nahiyəsindən vurmasını, Yusibin ona nalayiq ifadələr işlətdiyini, Yusibə nalayiq ifadələr işlətmədiyini, Yusibi vurmadığını, orada Yusibdən və ondan başqa heç kimin olmadığını, səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3, Ağdaş MTE və PA şöbəsinin xx xxxx 2020-ci il tarixli 314 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön sol nahiyəsinin İİ-İİİ qabırğaarası sahəsinin qançırı küt alət təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. MəhkəməŞəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin yüngülləşdirici və ağırladşırıcı halların olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Günəşov Yusob Özbəy oğlu təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxx 1960-cı il tarixdə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Yenicə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-246/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-246/2020
30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver