Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-246/2021 02.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs idarə etdiyi «SHACMAN SX331 YÜK» markalı 99RV264 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətdiyinə görə Kürdəmir rayon DYPB-nin 28 yanvar 2021-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarına əsasən 40 (qırx) manat məbləğində inzibati cərimə edilmiş, lakin Şəxs inzibati tənbeh etmə haqqında qərarın qanuni güvvəyə mindiyi 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cəriməni və onun üzərinə hesablanmış dəbbə pulunu ödəmədiyinə görə 18 may 2021-ci il tarixdə Kürdəmir Rayon Polis şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 05 iyun 2021-ci il tarixdə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmiş, inzibati xəta haqqında protokol 17 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bildiyini bildirdi, lakin inzibati cəriməni və ona hesablanmış dəbbə pulunu ödəməsi barədə məhkəməyə qəbz təqdim edərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, buna görə də barəsində inzibati tənbeh tətbiq edilməli, lakin məhkəmə qərar qəbul edənədək inzibati cəriməni, dəbbə pulunu ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş ********* №-li qəbzdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs həmin inzibati cəriməni və dəbbə pulunu, cəmi 64 (altmış dörd) AZN-i 27 may 2021-ci il tarixdə “EXPRESSPAY” ödəniş sistemi vasitəsilə tam olaraq ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı örətdiyinə görə təqsirli bilinməli, lakin DİN-nin Kürdəmir rayon X1 Bölməsinin inzibati tənbeh vermə haqqında qərarına əsasən 40 manat cəriməni və dəbbə pulu olan 24 manat pulu ödədiyinə görə inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1990-cı ildə Ağdaş rayonunun Pirkəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonunun Pirkəkə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək inzibati cəriməni, dəbbə pulunu ödədiyinə görə inzibati məsuliyyətdən azad edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-246/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-246/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver