Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-248/2021 05.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, şikayət vermiş şəxs K.Qocayevanın iştirakı ilə, K.Qocayevanın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinin 12 iyun 2021-ci il tarixli MN0895886 №-li inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrinə əsasən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.6-cı maddəsi ilə 500 manat cərimə olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinin 12 iyun 2021-ci il tarixli MN0895886 №-li qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş X4 məhkəmə iclasında şikayətini müdafiə edərək bildirdi ki, Ağdaş şəhəri, H.Əliyev propekti 96A nömrəli ünvanda qeyri-yaşayış obyekti tikdirmişdir. Həmin qeyri-yaşayış obyektinin torpaq sahəsi barədə öz adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış əldə etmişdir. Çıxarışa əsasən Ağdaş şəhəri, H.Əliyev prospekti 96A nömrəli ünvanda yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsü 0,0175 hektardır və **********5 nömrə ilə daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra Ağdaş şəhəri, H.Əliyev prospekti 96A nömrəli ünvanda yerləşən torpaqda qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi üçün Ağdaş Rayon İcra Hakimiyyəti başçısına müraciət etmişdir. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 08 iyun 2018-ci il tarixli 81 nömrəli sərəncamına əsasən ona Ağdaş şəhəri, H.Əliyev prospekti 96A nömrəli ünvanda yerləşən 0,0175 hektar torpaq sahəsi üzərində 175 kvm. olan iki mərtəbəli, mansardalı qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. Bundan sonra Ağdaş şəhəri, H.Əliyev prospekti 96A nömrəli ünvanında zirzəmili, bir mərtəbəli, mansardalı qeyri-yaşayış binasının layihələndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun Mühəndis-Geoloji Mərkəzi tərəfindən mühəndis-geoloji tədqiqat işləri aparılmış və 05 iyul 2018-ci il tarixli 06-11994 nömrəli rəy verilmişdir. Daha sonra Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 04.06.2019-cu il tarixdə B000435 nömrəli uyğunluq sertifikatı tərtib edilmiş və göstərilmişdir ki, bu sertifikatın sahibi sertifikatda göstərilən məhsulu AZS Milli Uyğunluq nişanı ilə nişanlamaq hüququna malikdir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi, Ağdaş şəhəri, H.Əliyev prospekti 96A nömrəli ünvanında zirzəmili, bir mərtəbəli, mansardalı qeyri-yaşayış binasının inşa edilməsi və istifadə edilməsi üçün müvafiq icazələr alınmışdır. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin əməkdaşı tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospekti 96A nömrəli ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismar qaydalarının pozulması bildirilir. Qeyd edilən agentliyin əməkdaşı tərəfindən bu günədək Ağdaş şəhəri, H.Əliyev prospekti 96A nömrəli ünvanında yerləşən qeyri-yaşayış obyektinə gələn və ya baxış keçirən, o cümlədən ona heç bir irad tutan olmamışdır. Lakin 2021-ci ilin iyun ayının 17-də poçt əməkdaşı tərəfindən ona təqdim edilən iki ədəd zərfi qəbul etdikdən sonra məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin 07 iyun 2021-ci il tarixli MN0895886 nömrəli qərarı tərtib edilmişdir. Digər zərfdə isə, yəni 07.06.2021-ci il tarixdə poçt vasitəsilə inzibati xəta haqqında protokol üzrə işə baxılması üçün 07.06.2021-ci il tarxdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanına çağırılmağı barədə bildiriş almışdı. Həmçinin bildirişdə təyin olunmuş vaxtda inzibati xəta haqqında işin baxılmasında iştirakının mütləq olması, üzrsüz səbəbdən gəlmədikdə məcburi gətiriləcəyi barədə müvafiq qərardad qəbul ediləcəyi qeyd edilmişdir. Bildirişin vaxtında ona çatdırılmaması ilə yanaşı, şöbənin müdiri məcburi gətirilməyi barədə müvafiq qərardad qəbul ediləcəyini bildirməklə qərəzsizliyini, işə obyektiv baxmayacağını nümayiş etdirmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəsinin tələblərinə əsasən işə baxılan zaman icraata xitam verilə, iş üzrə icraat dayandırıla və inzibati tənbeh (icrası məcburi olan qərar) tətbiq edilə bilər. Keçmişə qayıda bilməyəcəyi üçün əlbəttə saxta işin, saxta baxışında iştirak edə bilməmişdir. Sadalanan saxtakarlıq əməllərindən sonra 17.06.2021-ci il tarixdə poçt vasitəsilə inzibati xəta haqqında saxta qərarı almışdı. Azərbaycan Respubliksı İXM-nin 394.0.6-cı maddəsinin tələblərini pozmadığı halda, barəsində iştirakı olmadan akt və protokol tərtib edilmiş, lakin nə akt, nə də protokol barədə heç bir məlumatı olmamışdır. Belə olan halda akta, protokola imza etməyi belə ona təklif edilməmiş, tərtib edilmiş protokolla, işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüququndan məhrum edilmişdir. İnzibati xəta haqqında işə baxılması barədə bildiriş işə baxılmasından 10 gün sonra ona çatmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi-göndərilmək üçün: qəbul olduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işcisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.6-cı maddəsi ilə 500 manat cərimə olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinin 12 iyun 2021-ci il tarixli MN0895886 №-li qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə xüsusi qərar qəbul edilməsini xahiş edir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün inzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Şikayət vermiş şəxs K.Qocayevanı dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinin baş məsləhətçisi X9 tərəfindən tərtib edilmiş 31 may 2021-ci il tarixli MN ******* №-li protokolun surətinə əsasən X4 may 2021-ci il tarixində Ağdaş şəhəri, H.Əliyev prospekti 96A ünvanında tikintisinə icazə tələb olunan qeyri- yaşayış obyektinin istismara icazə qaydasını pozmuş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 394.06-cı maddəsinin tələbini pozmuş, X4 izahatında bildirmişdir ki, hazırda maliyyə çətinliyi olduğuna görə obyektin müayinə xərcini ödəyə bilmir, X4 protokola imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinin rəis müavini X5 07 iyun 2021-ci il tarixli MN ******* №-li qərarının surətindən görünür ki, fiziki şəxs X1 şəhəri, H.Əliyev prospekti 96A ünvanında inşa olunmuş tikintisinə icazə tələb edilən tikinti obyektinin istismara verilməsi qaydalarını pozduğuna Azərbaycan Respublikasının İXM-nin 394.06-cı maddəsi ilə 500 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyi tərəfindən X3 ünvanlanmış 01 iyun 2021-ci il tarixli 31/1-43 №-li məktubdan görünür ki, o barəsində Azərbaycan Respublikasının İXM-nin 394.06-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair işin baxılmasında iştirak etmək üçün 7 iyun 2021-ci il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinə çağırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyi tərəfindən X3 ünvanlanmış 31/1-43 №-li 01.06.2021-ci il tarixli zərfdən görünür ki, Bakı şəhərində müvafiq poçt şöbəsinə 14.06.2021-ci il tarixdə, Ağdaş rayon poçt şöbəsinə 17.06.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyi tərəfindən X3 ünvanlanmış 37/Q-a777 №-li zərfdən görünür ki, 01.06.2021-ci il tarixli Bakı şəhərində müvafiq poçt şöbəsinə 14.06.2021-ci il tarixdə, Ağdaş rayon Poçt şöbəsinə 17.06.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci madədsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 100-cü maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir, protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddələrinə əsasən inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4, 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 394.0.6-cı maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin istismara verilməsi qaydalarını pozmağa görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlirəm ki, şikayətçinin inzibati məsuliyyətə cəlb edilməsinin qanunla müəyyən edilmiş qaydalarına əməl edilməmişdir, belə ki, X4 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta aşkar və davam edən inzibati xətadır, X4 protokola imza etməkdən və izahat verməkdən imtina etdiyi halda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinin nümayəndəsinin agentliyin digər əməkdaşlarını, hal şahidlərini dəvət edərək müvafiq sənədləşmə aparmaq imkanı olduğu halda bunu etməmişdir, X4 01 iyun 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikasının İXM-nin 394.06-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair işin baxılmasında iştirak etmək üçün 7 iyun 2021ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinə çağırıldığı halda, həmin məktub işə baxılmasından 7 gün sonra, yəni 14 iyun 2021-ci il tarixdə poçt şöbəsinə daxil olmuşdur, poçt vasitəsi ilə X3 göndərilmiş inzibati xəta haqqında protokol surət olduğu halda, sonradan onun imza etməkdən imtina etməsi barədə qeyd aparılmış, protokolu tərtib etmiş şəxs tərəfindən imzalanmışdır, buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə əməl edilərək inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət əsaslı hesab olunmalıdır. X4 şikayətində göstərdiyi digər tələb, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə xüsusi qərar qəbul edilməsi üçün əsas müəyyən edilmədi. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.6-cı maddəsi ilə 500 manat cərimə olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Dövlət Agentliyinin 12 iyun 2021-ci il tarixli MN0895886 №-li qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-248/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-248/2021
05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver