Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-248/2025 19.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə iştirakları xx xxx 1995-ci ildə Ağdaş rayonunun Qumlax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonunun Qarasuqumlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1772/2021 saylı icra sənədinə əsasən Şəxs 1750 manat alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs icra sənədləri üzrə yığılmış borcları ödəməkdən boyun qaçırmışdır. İzahatı alınmış, ona borcu icra etməsi bildirilsə də, öhdəliyini icra etməmişdir. Hər dəfə yalan vədlər verərək borcunu icra etməkdən yayınmışdır. Onu icra şöbəsinə axtarış nəticəsində gətirmək mümkün olmuşdur. Dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun səhhətində ciddi problemlər var, mütəmadi həkim müayinələrində olur, bu səbəbdən imkanlaşdırıb borcu ödəyə bilmir. Bundan əlavə tələbkarla birgə nikahdan anadan olmuş övladı Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1772/2021 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən onun himayəsinə verilmiş, lakin 3 ildir müxtəlif qurumlara müraciət etməsinə baxmayaraq qətnamə icra olunmur və tələbkar onun övladını ona qaytarmır.Əgər icra məmuru qərardadın icrasını tələb edirsə, ilk növbədə onun xeyrinə qəbul olunmuş qətnaməni icra etməlidir və onun uşağını ona qaytarmalıdır. O, uşağını uzun müddətdir görmür, bir ana kimi keçirdiyi streslərdən canı xəstə düşmüşdür. Bunları nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1772/2021 saylı icra sənədinə əsasən Şəxs 1750 manat alınaraq ona verilməlidir. Şəxs ona olan borcundan heç bir ödəniş etməmişdir. Şəxs dediklərinə inanmır. Dönərxanada işləyir, pulu ödəyə bilər, pulun alınıb ona verilməsini tələb edir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadının surətindən görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh Şəxs 20 avqust 2021-ci il tarixdən başlayaraq 23 avqust 2015-ci il təvəllüdlü X1 üçün hər ay 87,50 manat sabit pul məbləğində aliment alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində olmaqla 140 manat aliment tutularaq ilkin iddia üzrə iddiaçı Şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1015/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı uşağın atadan alınıb anaya verilməsi və aliment tələbinə dair ilk, cavabdeh Zərərçəkmiş şəxs iddiaçı Şəxs qarşı uşağın atanın yanında saxlanması və aliment tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(014)-51/2022 saylı qətnaməsindən cavabdeh Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(014)-51/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-879/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı uşağın atadan alınıb anaya verilməsi və aliment tələbinə dair ilk, cavabdeh Zərərçəkmiş şəxs iddiaçı Şəxs qarşı uşağın atanın yanında saxlanması və aliment tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli 2(014)-1015/2022 saylı qətnaməsindən cavabdeh Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2(102)-1015/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsi 24 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən ilkin iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində olmaqla 140 manat aliment tutularaq ilkin iddia üzrə iddiaçı Şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Şəxs ünvanlanmış 02 mart 2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin, 11 mart 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 3(014)-91/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-12/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərardadının surətindən görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021ci il tarixli icra sənədi üzrə borclu Şəxs məcburi gətirilməsi barədə təqdimatı təmin edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun 04 fevral 2022-ci il və 27 fevral 2023-cü tarixli borclunun axtarılması barədə qərarlarının surətlərindən görünür ki, Ağdaş rayonu, Qarasuqumlaq kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 3(107)-352/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(014)-507/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərarından barəsində həmin qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(014)-507/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan EEQ-müayinəsindən görünür ki, Şəxs paroksizmal meyillilik aşkar olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alıb hesab edir ki, Şəxs qızına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-248/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-248/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver