Məhkəmə qərarları › İş №3(014)-249/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-249/2020

07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-249/2020 07.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmişşəxs X4 İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, Polis baş leytenantı X3 iştirakı ilə Şəxs Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində öz yaşadığı evdə ünvan 1 üvanında həyat yoldaşı X6 və 12 yaşlı oğlu X1 vəziyyətdə döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, Polis baş leytenantı X7 izah etdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvanında həyat yoldaşı X6 və 12 yaşlı oğlu X1 vəziyyətdə döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş RPŞ-nın İQ-nun müstəntiqi, polis mayoru X8 xx xxxx 2020-ci il tarixli HK-1/658 saylı qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir.Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində ünvan 1 üvanında yerləşən evində həyat yoldaşı İranə Yusibova ilə aralarında mübahisə baş vermişdir. Aralarında baş vermiş mübahisə nəticəsində o, İranə Yusibovanı və ya övladı Ayaz Yusibova heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına təyin edilmiş müdafiəçidən imtina etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 izahatında xx.xx.2020-ci il tarixdə saat təxminən 16:30 radələrində həyat yoldaşı Şəxs yenidən əvvəllərdə olduğu kimi yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən fərdi yaşayış evinə sərxoş vəziyyətdə gələrək həmişəki kimi səs-küy saldığını, onu vəövladlarını nalayiq ifadələrlə təhqir etdiyini, həyat yoldaşı Şəxs onu döyərək sağlamlığına zərər vurmayan xəsarət aldığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X15 izahatında xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində atası Şəxs evə sərxoş vəziyyətdə gələrək, anasını və onu söyməsini, həm anasını, həm də özünü döyməsini göstərmişdir. Zərər çəkmiş şəxs X10 qanuni nümayəndəsi X9 inzibati xəta törədən şəxs barəsində daha ağır inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs inzibati törətməməsi ilə bağlı izahatına tənqidi yanaşaraq onu özünü müdafiə xarakteri kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları, izahatlar, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar və ekspetiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2, Ağdaş MTE və PA şöbəsinin xx.xx.2020-ci il tarixli 363 saylı rəydən görünür ki, X4 bədənində olan xəsarətlər- sol bazunun aşağı 1/3nin iç səthinin, sol bazunun orta 1/3 –nin bayır səthinin, sağ bazunun yuxarı 3/1-nin bayır səthinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında Ağdaş RPŞ-nin İQ-nun müstəntiqi, polis mayoru X13 xx xxxx 2020-ci il tarixli qərarından da görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində ünvan 2 ünvanında Şəxs ilə ünvan 2 ünvanında yaşayan X9 arasında şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı Şəxs gah X6, gah da oğlu X12 döyərək, onlara sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da Şəxs əməli Az. Res. İXM-nin 157-ci maddəsinin tərkibinə səbəb olmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 04:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətanı yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsini inzibati məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən etmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. MəhkəməŞəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini, xarakterini və işin hallarını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında ən ağır tənbeh kimi iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, zərər çəkmiş şəxslərdən birinin yetkinlik yaşına çatmamasını, əvvəllər zərərçəkmişlə aralarında dəfələrlə ailə münaqişəsi olmasını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx.xx.1982-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu Ləki qəsəbəsində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan xx.xx.2020-ci il tarixdən saat 04:10-dan hesablansın. Qərarın surəti X11 təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar