Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-249/2025 20.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə, İnzibati Xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis X1 Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 28 avqust 1977-ci ildə Ağdaş rayonunun Şordəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağdaş rayonunun Şordəhnə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025 il tarixdə saat 12.53-də Ağdaş rayonunun Şordəhnə kəndində ucadan qışqırıb, səs-küy salaraq xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2025 il tarixdə saat 12:53-də Ağdaş rayonunun Şordəhnə kəndində ucadan qışqırıb, səs-küy salaraq xırda xuliqanlıq etmiş, ona yaxınlaşan qanunun tələbini ona izah edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 19 may 2025-ci ildə saat 13 radələrində ad günü məclisindən evinə gəldikdə mal-qaranın onun həyətinə ziyan vurduğunu görüb, həmin mal-qaranın sahibinin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, sərxoş vəziyyətdə olmuşdurş Daha sonra əmisigilə getmiş və polis əməklaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. Tutduğu əməldən peşmandır və bir daha belə əmələ yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin sahə rəisi VMİE Şahid1 izahatında bildirdi ki, xx.xx.2025-ci ildə saat 13 radələrində daxil olmuş şikayətə əsasən Şəxs evinə getmiş, onun evdə olmadığını görüb əmisinin evinə getmişlər, Şəxs ilk olaraq onların avtomobilinə əyləşmiş, lakin yolda anasını gördükdə avtomobildən başını çıxarıb anasının və onların ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Onlar bir neçə dəqiqə Xəzəri sakitləşdirməyə çalışmışlar, Xəzər onların qanuni tələbinə tabe olmamışdır. Həmin vaxt Xəzər sərxoş vəziyyətdə olmuşdur. Daha sonra polis şöbəsinə gətrildikdən sonra növbətçi hissəyə təhvil verilmişdir. O, Ağdaş rayon Şordəhnə kəndininin sahə rəisidir, şəxsi tanıyır, ailə problemləri var, mütəmadi sprtli içki qəbul edib ailəsi ilə dalaşır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin əməliyyət bölməsinin kiçik leytenantı Şahid2 izahatında Şahid1 izahatına oxşar izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirdi ki, Şəxs onun oğludur. Oğlu mütəmadi spirtli içki qəbul etdiyi üçün ailəsi onu tərk etmişdir. Hadisədən bir gün əvvəl Xəzər onun yanına gələrək yoldaşına zəng etməsini və övladını görmək istədiyini bildirmiş, həmin vaxt atası evə gələrək aralarında mübahisə yaranmış, Xəzərin atasına xəsarət yetirəcəyini görüb Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Daha sonra Şəxs əmisigilə getmişdir. Polis əməkdaşları Xəzəri avtomobillə apararkən, Xəzər yolda onu gördükdə avtomobildən başını çıxarıb onun və polislərin ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Polislər bir neçə dəqiqə Xəzəri sakitləşdirməyə çalışmışlar. Oğlu uzun müddətdir ki, içkili vəziyyətdə evdə dava-dalaş salır, qonşular və ailə üzvləri onun əlindən beziblər. İş materiallarında olan 19 may 2025-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi VMİE polis leytenantı Şahid1 tərəfindən Ağdaş Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı İlkin Hüseynova ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:53 sadələrində Ağdaş RPŞ-nin İƏQ-nin tərkibində xidmətə olduğu zaman Ağdaş rayon Şordəhnə kəndində qeydiyyatda olan vətəndaş Şahid3 DİNnin 102 xidmətinə etdiyi müraciət əsasında Tədqiqat Bölməsinin baş tədqiqatçısı polis mayoru Vüsal Əzməmmədov və CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 ilə birlikdə həmin ünvana getmişlər. Orada küçədə 1 nəfər şəxsin (kişi) ucadan qışqıraraq səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Dərhal həmin şəxsə yanınlaşaraq özlərini təqdim etmişlər. Ona sakit olmasını və ictimai qaydanı pozmamasını bildirmişlər. Həmin şəxsə qarşılıqlı davranış və birgə yaşayış qaydalarını izahat etsələrdə lakin həmin şəxs əhəmiyyət verməyərək öz hərəkətlərinə davam etmişdir. Həmin şəxsin əməlində AR İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərini pozulması əlamətləri olduğuna görə həmin şəxsin şəxsiyyətini müəyyən etmək və barəsində qanuni tədbir görülməsi üçün, onu nizam-intizama dəvət edib Ağdaş RPŞ-nə gətrilib növbətçi hissəyə təhvil vermişlər. Ağdaş RPŞ-nin növbətçi hissəsində məlum oldu ki, həmin şəxs Ağdaş rayonu Şordəhnə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan arayışdan görünür ki, vətəndaş Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məssuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 19 may 2025-ci il tarixdən saat 14:20-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-249/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-249/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver