Məhkəmə qərarları › İş №3(014)-250/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-250/2020

07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-250/2020 07.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxx 2020-ci il tarixdə saat 01:00 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs və azyaşlıövladlarını yüksək səs-küylə söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Ağdaş RPŞ-nin sahə rəisi polis baş leytenantı X6 izah etdi ki, Ağdaş rayonu, X15 Məmmədov küçəsi 36/54 ünvanında yaşayan Şəxs Zərərçəkmiş şəxs vəazyaşlıövladlarını yüksək səs-küylə söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Bununla bağlı olaraq Zərərçəkmiş şəxs Ağdaş RPŞ-nəərizə ilə müraciət edərək, keçmiş həyat yoldaşıŞəxs onu və azyaşlıövladlarını nalayiq ifadələrlə söyərək təhqir etdiyini bildirmiş və bu barədə müvafiq tədbirlər görülməsini xahiş etrmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs və Zərərçəkmiş şəxs izahatı alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə Ağdaş RMXna dərman zəhərlənməsi ilə müraciət etməsi barədə bildirilmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2006-cı ildə ailə həyatı qurmuş, onunla birgə nikahından iki övladı olmuş, Zərərçəkmiş şəxs ilə münasibətləri hər zaman yaxşı olunduqdan sonra Zərərçəkmiş şəxs ilə münasibətləri pisləşmişdir. Belə ki, yaşadıqları evə qayıtdıqdan sonra yaşadığı evə gəldikdən sonra Zərərçəkmiş şəxs onu həyətyanı sahədə yerləşən digər evin ona məxsus olduğunu və həyətyanı sahədə tikilən digər evin onun tərəfindən qanunsuz tikildiyini, istədiyi vaxt evinə gəlib gedəcəyini bildirmiş, bu zaman Zərərçəkmiş şəxs əsəbi şəkildə onu axır əvvəl tutduracağını, özünü yandıracağını bildirmiş, lakin, həmin vaxt yaşadığı evə daxil olmamış, səhəri gün isə yenidən polis əməkdaşları yaşadığı evə gələrək onu Ağdaş RPŞ-nə dəvət etmiş, intihar etmək istəyinin səbəbi Zərərçəkmiş şəxs olmuşdur. Belə ki, o İranənin Ağdaş RPŞ-nə böhtan xarakterli məlumatlar verdikdən sonra Ağdaş rayon məhkəməsinin qərarı ilə mütəmadi olaraq inzibati həbs olunmağından bezmişdir. Lakin, hal-hazırda Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi yoxdur. O xx xxx 2020-ci il tarixdə yaşadığı evə sərxoş vəziyyətdə gəlməmiş, ucadan səs-küy salıb Zərərçəkmiş şəxs və ayzaşlıövladlarını təhqir etməmiş, həmçinin, Zərərçəkmiş şəxs vəövladlarının yaşadığı evin qapısına daşlar atmamış, Zərərçəkmiş şəxs dedikləri tamamilə yalan oduğunu və heç bir halda həqiqəti əks etdirmədiyini bildirmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol vermiyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmişşəxs Zərərçəkmiş şəxs izah etdi ki, həyat yoldaşı Ağdaş rayonu, Ləki qəsəbə sakini Şəxs ilə 2006-cı ildə ailə həyatı qurmuş, onunla birgə nikahdan 2 övladları olmuşdur. X1 onun həmkəndlisidir. xx xxxxx 2020-ci il tarixdə nahar fasiləsindən sonra qoyunlarını otararkən həmkəndlisi X5 onun yanına gedərək qoyunlarınıçıxarmağı tələb edib. Aralarında söz mübahisəsi başlayıb. Məzahir onu nalayiq ifadələrlə təhqir edib və lapatqa ilə onun qoyunlarını vurmağa başlayıb. Ona görə də 102 xidmətinə müraciət edib. Mübahisə zamanıMəzahir onun ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. Bu barədə Ağdaş RPŞ-nəərizə ilə müraciət etmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X5 barəsində yüngül inzibati tənbeh tətbiq edilməsinin xahiş etdi. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinəəsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X2, zərər çəkmişşəxs X8 və Ağdaş RPŞ-nin rəisi İTB-nin sahə rəisi polis mayoru X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, X5 Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X2 haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X2 əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X2 hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X2 şəxsiyyətini, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, X5 təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1973-cü il tarixdə Ağdaş Rayon, Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, müvəqqəti işsiz, Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan X7 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar