Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-251/2021 25.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu xx.xx.1985-ci ildə Ağdaş rayonunun Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonunun Abad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 21.02.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 20.02.2020-ci il tarixdə, saat 01:10 radələrində Ağdaş rayonunun Abad kəndində çöl pay torpaq sahəsində qanunsuz saxladığı ov silahı ilə ov heyvanlarını axtarmış, ov silahını müvafiq icazə olmadan özündə saxlamış, mülki silahın saxlanılması qaydasını pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 21.02.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli, 3(014)-83/2020 saylı qərərı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, poliş mayoru X1 tərəfindən tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə material Ağdaş RPŞ-yə geri qaytarılmışdır. Hazırda həmin inzibati xəta haqqında protokol yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ağdaş rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş 21.02.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə təqsirli olmasına dair olsa da, həmin protokol və ona əlavə edilmiş sənədlər məhkəməballistik ekspertizası keçirilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş materiallar natamam olduğundan, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağdaş rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-251/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-251/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver