Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-251/2025 17.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 20 mart 2025-ci il tarixli, EQ 26795766 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən 20 mart 2025-ci il tarixli, EQ 26795766 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X4 yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətmiş, buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 məxsus olan mailto:vusal.sadigov202@gmail.comElektron ünvan e-mail poçt ünvanına daxil olan məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 20 mart 2025-ci il tarixli EQ 26795766 saylı elektron inzibati protokol üzrə qərarı ilə X3 100 manat məbləğində pul cəriməsi və 3 bal inzibati tənbeh cəzası verilmişdir. Həmin qərara əsasən ona məxsus “Toyota Prado” markalı **-TJ-*** dövlət nişanlı avtomobili ilə Bakı-Şamaxı-Yevlax yolunun 259.4-km.də “Yol hərəkəti haqqında” qanunun 51-ci maddəsinin tələbini pozaraq, ötmənin qadağan olunan ərazidə əks istiqamətdə hərəkət zolağına çıxaraq, ötmə qaydalarının pozulma halı, Dövlət tərəfindən quraşdırılmış video nəzarət kameraları vasitəsi ilə qeydə alınmış Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində qeydə alınaraq ona göndərilmişdir. Həmin video müşahidə kameralarında eyni ilə ona məxsus “Toyota Prado” markalı qara avtomobil görsənir, lakin dövlət nömrə nişanları əks olunmadığından, ona məxsus olması naməlumdur. Hesab edir ki, həmin maşın ona məxsus maşın deyil, ümumiyyətlə o həmin tarixlərdə o yolda hərəkət etməmişdir. Hesab edir ki, yanlışlıq var. Son zamanlarda bu hallar tez-tez baş verir. Belə ki, elektron sistem maşın nömrələrini bənzədərək səhvən elektron inzibati protokol tərtib edir. Bakı-Şamaxı-Yevlax yolunun 259.4-km.də “Yol hərkəti haqqında” qanunun 51-ci maddəsinin tələblərini pozaraq, qadağan olunan ərazisində əks istiqamətdə hərəkət zolağına çıxaraq, ötmə qaydalarının pozulmaqla məsul olan aftomobil ona məxsus deyildir və bu barədə ona yazılmış olan cərimə və 3 balnan razı deyildir. O, bu barədə şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə 10 gün ərizində müraciət etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixində 3-13-16/2-S-28087 saylı cavab məktubunda heş bir sübut təqdim edilmədən bildirilir ki, 20 mart 2025-ci il tarixli EQ 26795766 saylı elektron inzibati protokol üzrə inzibati təhbeh vermə haqqında qərar əsaslıdır. Həmin məktub ünvanına 30 aprel 2025-ci ildə çatmışdır. Hesab edir ki, o inzibati xəta törətməmişdir. Bu səbəblə EQ 26795766 saylı 20 mart 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xətanı törətdiyi sübut olunarsa, inzibati məsuliyyət daşımağa hazırdır. X4 haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 20 mart 2025-ci tarixli EQ 26795766 saylı elektron inzibati protokol üzrə inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 27 may 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında xidməti zərurətlə əlaqəədar iştirak edə bilmədiyini bildirib onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin materiallarda olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 24 aprel 2025-ci tarixli 3-13-16/2-S-28087 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə “Toyota” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Bakı- Yevlax-Şamaxı yolunun 259.4-cü km-də “Yol hərkəti haqqında Azərbaycan Respublikasının qanunun 51-ci maddəsinin ötmənin qadağan olunduğu ərizəsidə quraşdırılmış video nəzərat kamerası vasitəsi ilə qeydə alınmış, Baş X7 İdarəsinin informasiya sisteminə ötürülmüş məlumatlar əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə barəsində elektron qaydada EQ 26795766 nömrəli inzibati tənbeh vermə qərar çıxarılmışdır. Aparılmış araşdırma zamanı videonəzarət kamerasının qeydə aldığı görüntülərə baxış keçrilmiş, tərəfinizdən inzibati xətaya yol verilməsi halı təsdiqlənmişdir. İşin materiallarda olan foto şəkillərdən görünür ki, X4 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuşdur. İşin materiallarında olan Baş X7 İdarəsinin informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, 10-TJ -202 qeydiyyat nişanlı avtomobil 20 mart 2025-ci il tarixdə, saat 11:05-də Bakı-Şamaxı-Yevlax yolunun 239.3-cü km-də Yevlax istiqamətində, 20 mart 2025-ci il tarixdə, saat 11:10-da Bakı-Şamaxı-Yevlax yolunun 240.8-ci km-də Yevlax istiqamətində, 20 mart 2025-ci il tarixdə, saat 11:13-də Bakı-Şamaxı-Yevlax yolunun 244.5-ci km-dəYevlax istiqamətində 20 mart 2025-ci il tarixdə, saat 11:-22-də Bakı-Şamaxı-Yevlax yolunun 259.4-cü km-də Yevlax istiqamətində hərəkətdə olmuş, yalnız 22 mart 2025-ci il tarixdə, saat 13:33-də Yavlax-Zaqatala-Gürcüstanyolunun 7.8-ci kilometrliyində Yevlax rayonu, Ərəbbəsrə kəndi istiqamətində hərəkətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.5-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən iİnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Göründüyü kimi, X2 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Belə ki, Vüsal Sadıqov həmin ərazidən keçmədiyini bildirsə də Baş X7 İdarəsinin informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, 10-TJ -202 qeydiyyat nişanlı avtomobil 20 mart 2025-ci il tarixdə, saat 11:05-də Bakı-Şamaxı-Yevlax yolunun 239.3-cü km-də Yevlax istiqamətində, 20 mart 2025-ci il tarixdə, saat 11:10-da Bakı-Şamaxı-Yevlax yolunun 240.8-ci km-də Yevlax istiqamətində, 20 mart 2025-ci il tarixdə, saat 11:13-də Bakı-Şamaxı-Yevlax yolunun 244.5-ci kmdəYevlax istiqamətində, 20 mart 2025-ci il tarixdə, saat 11:22-də Bakı-Şamaxı-Yevlax yolunun 259.4-cü km-də Yevlax istiqamətində hərəkətdə olmuş, yalnız 22 mart 2025-ci il tarixdə, saat 13:33-də Yavlax-Zaqatala-Gürcüstanyolunun 7.8-ci kilometrliyində Yevlax rayonu, Ərəbbəsrə kəndi istiqamətində hərəkətdə olmuş, 20 mart 2025-ci il tarixdə, saat 11:22-də Bakı-Şamaxı-Yevlax yolunun 259.4-cü km-də Yevlax istiqamətində hərəkətdə olarkən inzibati xəta törətmişdir. Bu səbəbdən həmin qərar əsaslıdır və dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 20 mart 2025-ci il tarixli, EQ 26795766 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-251/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-251/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver