Məhkəmə qərarları › İş №3(014)-252/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-252/2020

07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-252/2020 07.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Almirzə qızının Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3 iştirakı ilə, Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonu, Bulaqotağı kəndində yaşayan Zərərçəkmiş şəxs Almirzə qızının yaşadığı evə qanunsuz daxil olaraq su matorunu oğurlamışdır. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs Almirzə qızı xx xxxx 2020-ci il tarixdə Ağdaş RPŞ-nə müraciət edərək Şəxs yaşadığı evə qanunsuz daxil olaraq su matorunu oğurlanması barədə məlumat vermişdir. Daxil olmuş müraciət xx xxxx 2020-ci il tarixdə Ağdaş RPŞ-də HK-1/695 saylı nömrə ilə qeydə alınaraq icrası Ağdaş RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X1 həvalə edilmişdir.Daxil olmuş müraciət əsasında təhqiqatçı Elçin Mütəllimov tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçı, polis baş leytenantı X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respubilkası CPM-nin 86, 39.1.2, 207, 212.1 və 212.3-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Azərbaycan Respubilkası İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Aparılmış araşdırma zaman yuxarıda qeyd edilən su matorunu Ağdaş şəhəri, İstiqlal küçəsi 16/2Ada yaşayan, Şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 15:30 radələrində Ağdaş rayonu Bulaqotağı kəndində yaşayan tanışı İbrahimin yanına getdiyini, geri qayıdarkən yolun kənarında su arxında su motorunun olmasını gördüyünü və pula ehtiyacı olduğu üçün həmin su motorunu oğurlamaq qərarına gəldiyini, həmin vaxt su motorunu götürüb yolun kənarına qoyduğunu, və daha sonra yoldan keçən taksini saxladaraq götürdüyü su motorunu taksinin arxa baqaj hissəsinə qoyaraq taksiyə əyləşib hadisə yerindən uzaqlaşdığını gösdərmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs Ağamirzə qızı xx.xx.2020-ci il tarixdə saat təxminən 15:30 radələrində Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən yaşadığı evin həyətində iş gördüyünü, həmin vaxt yaşadığı evin yaxınlığında, yolda avtomobilin dayanmasını eşitdiyini, ona görə həyətin çöl qapısını açıb yola baxdığını və qırmızı rəngli üzərində taksi yazılmış sovet maşınının yolda dayanmasını gördüyünü, həmin vaxt avtomobilin hərəkət etdiyini, təkrar 3-5 dəqiqə keçdikdən sonra yenidən hərəkət edərək küçənin girişində dayandığını, Cavidan adlı şəxsin yaşadığı evin qarşısındakı su arxında olan su motorunu əlində aparmasını gördüyünü, həmin vaxt onun Cavidandan ona məxsus olan su motorunu hara aparmasını soruşduqda Cavidanın tez qaçaraq həmin qırmızı rəngli avtomobilə mindiyini və daha sonra avtomobilin oradan uzaqlaşdığını bildirmişdir. Sözü gedən su motorunu 2 ay əvvəl 110 manata aldığını göstərmişdir. Sözü gedən inzibati protokol üzrə ona dəymiş ziyan ödənməyib. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun,zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Ağamirzə qızının və Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə inspektoru polis baş leytenantı X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yüngülləşdirici halları, həmçinin işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 2001-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş şəhəri, İstiqlal küçəsi 16/2A-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, 23 (iyirmi üç) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar