Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-253/2020 07.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusa qarşı mübahrizə tədbirləri haqqında qərarı ilə müəyyən edilmiş epidemiya əleyhinə rejimin, santirayia-gigiyena və karantin rejimlərini pozmuş, yəni Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən kafedə işləyərkən tibbi maskadan istifadə etməmişdir. Buna görə onun barəsində xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi, tibbi maskadan istifadə etməməsini Ağdaş rayon İcra Hakimiyyətinin və Ağdaş RİHB-nın Şəhər X1 üzrə nümayəndəliyinin işçilərinin və polis əməkdaşının işlədiyi kafeyə gəldikləri vaxt yemək yeməsi ilə izah etdi və bildirdi ki, qalan vaxtlarda tibbi maskadan istifadə etmişdir, buna görə də özünü təqsirli bilmir. İş üzrə şahid Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin böyük məsləhətçisi Ramiz Hacıyev məhkəmə iclasında Şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusa qarşı mübahrizə tədbirləri haqqında qərarı ilə müəyyən edilmiş epidemiya əleyhinə rejimin, santirayia-gigiyena və karantin rejimlərini pozduğunu, yəni işlədiyi Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən kafedə tibbi maskadan istifadə etmədiyini təsdiq etdi. İş üzrə şahid Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Şəhər X1 üzrə nümayəndəliyinin mühasibi Anar Xəlilov məhkəmə iclasında Şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusa qarşı mübahrizə tədbirləri haqqında qərarı ilə müəyyən edilmiş epidemiya əleyhinə rejimin, santirayia-gigiyena və karantin rejimlərini pozduğunu, yəni işlədiyi Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən kafedə tibbi maskadan istifadə etmədiyini təsdiq etdi və onu da bildirdi ki, onlar kafeyə gedərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yemək yeyirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iş üzrə şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndələr və polis əməkdaşı kafeyə gələrkən yemək yediyi üçün maskasız olduğunu bildirdi və iş üzrə şahid Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Şəhər X1 üzrə nümayəndəliyinin mühasibi Anar Xəlilov da məhkəmə iclasında xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində onlar kafedə olarkən Şəxs yemək yediyini təsdiq etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanun qarşısında bərabərlik, təqsirzilik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanını (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tuutlan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, buna görə də onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-253/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-253/2020
07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver